Daşkəsən SƏYAHƏT YERİ

Daşkəsən təbii gözəlliyi, təmiz havası, zəngin faunası, Murovdağ boyunca uzanan yaşıl meşə massivləri, eləcə də qədim tarixi abidələri ilə diqqət mərkəzindədir. Ərazisində çoxlu tarixi qədim olan körpülər, yaşayış məskənləri, tarixi və təbii abidələr mövcuddur.


14 Dec / 05:27 AM CARİ VAXT

  • Azərbaycan
  • Daşkəsən
  • 34476 nəfər
  • 1047.00 km2
  • Azerbaijani
  • Manat
Azərbaycan | Daşkəsən | View on map

Burada yerləşən 73 memarlıq və arxeloji abidədən 46-sı dövlət tərəfindən qorunur. Bu abidələrdən böyük əhəmiyyət eramızın IV-V əsrlərinə aid alban abidələridir.

Daşkəsən rayonu ilə Bakı şəhəri arasında olan məsafə 396 km təşkil edir. Daşkəsən mənzərəli meşələri və dağ çayları ilə zəngin bölgələrimizdəndir. Kiçik Qafqazın şimal-şərqində dəniz səviyyəsindən 1600–1800 metr yüksəklikdə yerləşən Xoşbulaq və Göygöl təbii gölləri mənzərəsi ilə diqqəti cəlb edir. Ecazkar təbiətli Zivlən və Astaf kəndlərində olduqca gözəl mənzərəli iki göl yerləşir. 

Kəndlərində qədim tariximizə şahidlik edən abidlərlə zəngindir. Çilçirəvənd məbədi, Monastr, Quşqara çayı üzərində tağvari körpü, Gurbulaq kəndi ərazisində Dikdaş qalaçası, Ərkinaz qalaçası, Zağalı kəndində dünya əhəmiyyətli kurqanlar və daş qəbirstanlıqlar, Zəylik kəndində Alban məbədi, daş qəbristanlıqları, Əhmədli kəndində türbə, Dardərə kəndində Çalağan qalaçası, Dəstəfur kəndində qədimi körpü, həmçinin 700 m² ərazini əhatə edən Alban məbədi kimi bölgənin qədim tarixinin izlərini daşıyır. 

Alaxançallı kəndində Turşsu ərazisi, Tapan kəndində Qudur bulağı, Qaraqullar kəndində Ağ bulaq, Zəylik kəndində Düz yal kimi təbii yerləri ilə məşhurdur.

Meşəliklə əhatə olunan Əmirvar kəndindəki "Yastı qaya" ,"Ləzgi qayası", "Qara inək" mağarası, "Yal yurdu" qalaçası, "Göyçəlilər yurdu" qalaçası, "Dərdər" qalaçası rayonda məşhur və görüləsi yerlər sırasındadır.

Kəndləri böyük turizm potensialına malikdir. Uca dağlar ağuşunda yerləşən  Əmirvan kəndin içindən axan Əyriçay, yaxınlıqdakı meşənin dərinliklərində bir-birindən gözəl təbiət lövhələri yaradır. Dar dərədə sıxılan Əyriçayın sal qayaların arasından keçib aşağı axdığı yerdə isə göz önündə Şırşır adlı füsunkar dağ şəlaləsi canlanır. Şırşırın töküldüyü yerdə qayalara dəyən və ətrafa səpilən su damlaları göz oxşayan, bir-birindən gözəl təbiət mənzərələri yaradır. 

Dağlara söykənən və qərb tərəfdən meşələrlə əhatə olunmuş Qabaqtəpə zonasında 800 m² ərazisi olan respublika əhəmiyyətli tarixi memarlıq abidəsi olan Alban məbədi, Qabaqtəpə kəndindən 5 km aralıda yerləşən Gəlinqaya təbii abidəsi, Qabaqtəpədən 12 km aralıda yerləşən Şəmkir çayı  təmiz havası, saf suları ilə məşhur olan bu ərazi zövq oxşamaqdadır.