Masallı SƏYAHƏT YERİ

Əsrarəngiz təbiəti, təbii-coğrafi mövqeyi, zəngin flora-faunası Masallını ölkəmizdə turizm məkanı kimi tanıdıb. Xəzər dənizi, Talış sıra dağları, Viləş çayının, müalicəvi bulaqların, kiçik göllərin yaratdığı fərqli mənzərələrə Masallıya gələn heç kimi laqeyd qala bilməz.


14 Dec / 04:47 AM CARİ VAXT

  • Azərbaycan
  • Masallı
  • 229 nəfər
  • 0.72 km2
  • Azerbaijani
  • Manat
Azərbaycan | Masallı | View on map

Respublikanın ən böyük və ən zəngin qoruqlarından olan “Qızılağac Dövlət Təbiət Qoruğu” bir hissəsi və İstisu bu regionda yerləşir. Qoruqda dünyada ən nadir ağaclardan olan "Qızılağac" ağacı və bəzi nəsli tükənməkdə olan heyvanlar qorunur.

Masallı şəhərindən 6-7 kilometr kənarda yaz-yay aylarında yamyaşıl rəngə, payızda qızılı rəngə boyanan Talış dağları və zəngin meşələri görünür. Subtropik iqlimə  malik olduğundan, Masallıya düşən yağıntının miqdarı regionun digər yerlərinə nisbətən daha çoxdur. Tez-tez yağan yağış Talış meşələrinə romantik rənglər qatır. Payızda təbiətin bütün rənglərini Talış meşələrində görmək olur. Rənglərin sıxlaşdığı İstisu meşələri isə rayon mərkəzindən 12 km aralıdır. Meşənin dərinliyində gizlənən şəlalələrin ətrafı sərin olduğundan bura  yay aylarında insanların piknik yerinə çevrilir. 

İstisu kəndi müalicəvi suları ilə məşhurdur. Masallı şəhərindən 13 kilometr aralıda, dəniz səviyyəsindən 1650 metr yüksəklikdə qərar tutmuş Dəmbəlov dağının döşündə, Viləş çayının sahilində yerləşir.

Yerin altından çıxan isti suyun təbii halda temperaturu 69 dərəcə olur. Tərkibi faydalı kimyəvi elementlərlə zəngin sudan qədim dövrlərdən yerli sakinlər müalicə məqsədilə istifadə ediblər. İstisu şəlalələri ilə də məşhurdur. Istisunun bütün gözəlliyini hiss etmək üçün yaz, payız və qış aylarında getmək məsləhətdir. Əgər yayın qızmar istisində vannada 3 – 5 dəqiqədən artıq dayanmaq çətindirsə, sərin havada saatlarla hovuzda üzmək olur. 

Müasir tələblərə cavab verən turizm obyektlərinin və istirahət mərkəzlərinin tikinti, yol infrastrukturunun yenilənməsi turistlərin bu bölgəyə axınına səbəb olub.