Oğuz SƏYAHƏT YERİ

Gur sulu çayları və vadiləri, termal çeşmələri və şəlalələri, müalicəvi əhəmiyyətli kükürdlü bulaqları, sərt qayaları, zəngin flora və faunası ilə tanınan Oğuz rayonu Azərbaycanın gözəl güşələrindəndir.


19 Apr / 08:11 PM CARİ VAXT

  • Azərbaycan
  • Oğuz
  • 44300 nəfər
  • 1077.00 km2
  • Azerbaijani
  • Manat
Azərbaycan | Oğuz | View on map

Zümrüd yaşılı meşələri, yamacları, buz kimi termal və kükürdlü bulaqları, dupduru çeşmələri, gur şəlalələri, min dərdin dərmanı olan dərman bitkisinin vətəni Oğuz rayonu təbii gözəllikləri ilə həmişə diqqət çəkmişdir.

Əsrarəngiz təbiətə malik rayonun ərazisində çoxsaylı tarixi abidələr qalmaqdadır. Oğuz şəhərindəki alban məbədini, Muxas kəndindəki IX əsrə aid üç mərtəbəli qüllə və Xaçmaz kəndində VII əsrə aid müdafiə təyinatlı Govur qalası ən mühüm tarixi abidələrdən sırasındadır. 

Rayonda xalçaçılıq, metal və ağac üzərində oyma, zərgərlik kimi xalq sənəti ənənələri davam etdirilir. Bəzi kəndlərində yerli sənətkarlar xalça, cemper, şarf və başqa məmulatlar toxuyurlar. 

Azərbaycanın  səfalı və mənzərəli bir guşəsində yerləşən Oğuz rayonu  Bakı şəhərindən  268 km aralıda yerləşir. Səfalı, unikal təbiət gözəlliklərinə malik olan rayon ərazisinin 40 % -ni meşələr təşkil edir. Rayonun ərazisi Böyük Qafqazın cənub yamaclarında yerləşir.

Rayon ərazisində yaz və payız aylarında tez-tez yağış yağır, quraqlıqlar nadir hallarda olur. İstidən soyuğa kəskin keçidlər yoxdur.  Rayonun ərazisi −52 dərəcə şaxtası olan Məlkəmud dağının zirvəsindən başlayıb ,+42 dərəcə istiliyi olan Ağdaş rayonuna qədər uzanıb gedir. Florası qədər faunası da zəngin olan rayon meşələrində  ayı, qaban, dağ keçisinə rast gəlinir, həmçinin çaylarında som və forel balıqları möcvuddur. 

Rayon ərazisində  39 arxeoloji və memarlıq abidəsi qalmaqdadır. Bu abidələrdən 17-si ölkə əhəmiyyətli arxeoloji, memarlıq abidəsi, 15-i  isə yerli əhəmiyyətli abidələrdir.

Sarısu çayının üstündəki Daşüz körpüsü (XIX əsr), Sincan kəndindəki məscid (XVIII əsr), Kərimli kəndindəki məqbərə (XV əsr), Oğuz şəhəri ərazisində qədim sınaqoqlu (1849-cu il), hazırda yerli tarix-diyarşünaslıq muzeyinin yerləşdiyi alban məbədi rayonun qədim tarixi abidələrindəndir.

Rayonun ərazisində turistlərin qalması üçün  qonaqlama yerləri fəaliyyət göstərir.