Qazax SƏYAHƏT YERİ

Qazax rayonu respublikanın qərb hissəsində, Kiçik Qafqaz dağlarının yamaclarından Kür çayının sağ sahili boyu Gəncə-Qazax düzənliyinin şərq hissəsində yerləşir. Qazax rayonu Şimal-qərbdən Gürcüstan Respublikası ilə 9 km, cənub-qərbdən Ermənistanla 168 km sərhəddir.


14 Dec / 05:06 AM CARİ VAXT

  • Azərbaycan
  • Qazax
  • 22 nəfər
  • 699.00 km2
  • Azerbaijani
  • Manat
Azərbaycan | Qazax | View on map

Məşhur "Göyəzən" dağı, "Avey" dağları, "Damcılı" bulağı ilə məşhur olan Qazax rayon Gəncə-Qazax düzənliyinin qərb hissəsində, Kür çayının sahilində yerləşir. Gözəlliyinə görə Göyəzən dağı Amerika qitəsində yerləşən "Mon-Pele" dağından sonra ikinci yerdədir. Qazax rayondaki mineral bulaqları, geniş meşə massivi rekreasiya üçün əlverişlidir.

Rayonunun ərazisi qədim memarlıq abidələri ilə zəngindir. Ölkə əhəmiyyətli tarixi və mədəni abidələrə Sınıq körpü Sınıq körpü (XII), Yuxarı Əskipara kəndində məbəd (V-Vlll), Xanlıqlar kəndində Didvan qülləsi (VI-VII) daxildir.

Daş Salahlı kəndinin yaxınlığında Avey dağında yerləşən mağaraları da xüsusilə qeyd etmək olar. Burada qədim insan məskənləri, əmək alətləri və silahlar aşkar etmişlər.

Qazax qədim yaşayış məskəni olmaqla Azərbaycanın bir sıra istedadlı şair, alim və aşıqlarının- Molla Pənah Vaqif, Molla Vəli Vidadi, Səməd Vurğun, yazıçı Mehdi Hüseynin vətənidir.  2010-cu ildə "Qazax — Azərbaycanın folklor paytaxtı" elan olunmuşdur.

Qazax həm də xalçaçılıq mərkəzlərindən biridir. Qazax xalçaları bölgənin qeyri-maddi irsinə daxildir.

Qazax şəhəri və ətraf kəndləri əsrlər boyu Azərbaycanın xalçaçılıq mərkəzlərindən biri olmuşdur. Müxtəlif naxış elementləri və təsvirlərlə bəzədilən xovlu və xovsuz xalçalar Qazax məişətində geniş istifadə edilir.

Qazağı rəqsi — Ən qədim Azərbaycan rəqslərindən biridir. Fərz olunur ki, Qazağı döyüşçü rəqsidir. Rəqs nikbinlik və qəhrəmanlıq pafosu ilə yanaşı incəlik və təmkinliklərlə zəngindir.

Qazax aşıq sənəti — Qazax folklorunun ən uca zirvələrindən biri aşıq sənətidir. Qazax aşıqları bütün Azərbaycanda məşhurdur. Qazax aşıqlar vətəni kimi məşhurdur. 

Qazax rayonunda "Avey" Dövlət Qoruğu fəaliyyət göstərir. 1989-cu ildə yaradılmış qoruq əsasən tarix, mədəniyyət, memarlıq, etnoqrafiya, bədii və digər folklorşünaslıqla məşğuldur. 15-i memarlıq, 36-ı arxeoloji və 5-i dekorativ tətbiqi sənət nümunələri olmaqla qoruğun ərazisində yüzlərlə tarix və mədəniyyət abidələri mövcuddur.

"Avey" Dövlət Qoruğuna daxildir.

Daş Salahlı kəndi -Damcılı bulağı,

Daş Salahlı kəndi yaxınlığında Məmməd Koxa bulağı (XIX əsr )

Qoruq rayonun müxtəlif qədim tarixi dövrlərə aid olan arxeoloji və memarlıq abidələrini, etnoqrafiya materiallarını tədqiq edib öyrənir.

Mağara-düşərgə Qazax rayonunun Daş Salahlı kəndindən Anaxatır çayına qədər uzanan Avey dağın Cənub-Şərqində,əhəng qayalığın altındadır. Yarımdairəvi şəkilli Aveydağ mağaralar qrupundan ən böyüyüdür. Qarşı tərəfdən hündürlüyü 4 metr olan mağaranın qabaq hissəsi dağılmışdır. Təbii çatlardan süzülən su damcılarına görə damcılı adlandırılmışdır.

Qazax ərazisində 8 min il əvvəl insan məskənləri olduğunu Qazax rayonunda yerləşən Damcılı, Babadərviş mağaralarında yapon tarixçilərinin apardığı tədqiqatlar sübut etmişdir. Ərəb tarixçisi Əl– Kufi (IX əsr) də BU haqda məlumat vermişdir.
Qazax rayonunda dünya, ölkə və yerli əhəmiyyətli 112 tarixi abidə var. Onlardan 54-ü arxeoloji, 46-sı memarlıq, 7-si monumental-tarixi abidə, 5-i dekorativ-tətbiqi incəsənt abidəsidir.

Qazaxda ümumilikdə 112 abidə var. Damcılı mağara düşərgəsi,(Paleolit dövrü)Alban məbədi(6-cı əsr),Qırmızı kürpü(12-ci əsr) və s.
Qazax rayonu Türk mənşəli bir bölgədir. 

Qazax rayonunun turizm-ekskursiya marşrutları.

Qazax rayonunda dörd istiqamət üzrə turizm-ekskursiya marşrutları təklif edilir.

1-ci marşrut - Qazax şəhəri üzrədir. Tarixdiyarşünaslıq muzeyi, Qazax Dövlət Rəsm Qalereyası, M.P.Vaqif və M.V.Vidadinin xatirə muzeyi, Cümə məscidi, (tarixi memarlıq abidəsi), İsrafilağa hamamı (tarixi memarlıq abidəsi), Seminariya (tarixi abidəsi), Mütəfəkkirlər parkı, İsmayıl Şıxlının heykəli, 20 yanvar şəhidlər xiyabanı, ana və uşaqların əylənmələri üçün park, Heydər parkı və Heydər Əliyev Elm Mərkəzi, Böyük Vətən müharibəsində həlak olmuş həmvətənlərimizin xatirə abidələri, Olimpiya kompleksi, Dədə Qorqud monumental abidə kompleksi, Dilboz atın heykəli, İdman Sağlamlıq kompleksi.

2-ci marşrut - Qırmızı körpü istiqaməti üzrədir. S.Vurğunun poeziya evi (monumental xatirə, Yuxarı Salahlı), M.P.Vaqifin 1947-ci ildə qoyulmuş heykəli (Yuxarı Salahlı), Hacı Mahmud əfəndinin türbəsi (Aslanbəyli), Hacı Mahmud əfəndinin yaşadığı evi və Məscid (Aslanbəyli), M.V.Vidadinin qəbirüstü abidəsi (Birinci Şıxlı), İtaliyanın Milli qəhrəmanı Tahir İsayevin ev muzeyi (Birinci Şıxlı), Qırmızı Körpü (XII əsr tarixi memarlıq abidəsi, İikinci Şıxlı).


3-cü marşrut Qazax - Ağköynək - Xanlıqlar istiqaməti üzrədir. Nohur - bulağı (Ağköynək), Vəlixan meşəsi, Ağstafa çay su anbarı (Cəfərli), Kar qaya, Didivan qülləsi (tarixi memarlıq abidəsi - VI-VII əsrlər), Bayram bulağı, Babadərviş yaşayış məskəni, Türbə memarlıq abidəsi (XIX əsr), Qədim yaşayış yeri (arxeoloji abidə - orta əsrlər, Xanlıqlar).


4-cü marşrut Qazax - Daş Salahlı - Abbasbəyli istiqaməti üzrədir. Damcılı bulağı, Təbiət abidəsi, Damcılı məbədi, Mağara (arxeoloji abidə - antik dövr), Məmmədkoxa bulağı (arxeoloji abidə, VI - V əsrlər), Koroğlu məbədi, Alban məbədi (memarlıq abidəsi, VI - V əsrlər), Daş su anbar (arxeoloji abidə - antik dövr), Su hovuzu (arxeoloji abidə - antik dövr, Daş Salahlı), Coğaz gölü, Yaşayış məskəni (arxeoloji abidə - orta əsrlər), Göyəzən dağı, Göyəzən qalası (XIV əsr), Daş at fiquru (Abbasbəyli).


Qazax Qonaqlama

Hər bir istiqamətə uyğunlaşdırılmış otellər, kurortlar və yaşayış yerlərinin diqqətlə seçilmiş kolleksiyamıza nəzər salın. Lüks, istirahət və ya büdcəyə uyğun seçim axtarırsınızsa, bizim yerləşdirmə bölməmiz hər bir səyahətçinin ehtiyaclarına uyğun müxtəlif seçimlər təklif edir. Cazibədar butik otellərdən geniş kurortlara qədər mükəmməl evinizi evdən uzaqda tapın və hər bir təyinat yerində qalmağınızdan maksimum yararlanın.

Qazax Olimpiya Hoteli

Qazax Olimpiya Hoteli

Villa