Tovuz SƏYAHƏT YERİ

“Kiçik Qafqazın (Tovuzlular demiş), “aranı aran, dağı dağ olan” gözəl bölgələrindən olan Tovuzu görmək mütləq lazımdır.


24 Apr / 03:56 AM CARİ VAXT

  • Azərbaycan
  • Tovuz
  • 1772000 nəfər
  • 1903.00 km2
  • Azerbaijani
  • Manat
Azərbaycan | Tovuz | View on map

Sazlı-sözlü, aşıqlar yurdu, dağları, meşələri, qədim abidələri, dadlı yeməkləri ilə fərqlənən Tovuz ölkəmizin qərbində, Bakıdan 439 km məsafədə yerləşir. Qədim abidələri, dadlı yeməkləri, havası, suyu, bitki örtüyü, heyvanlar aləmi və ən əsası mehriban və qonaqpərvər insanları ilə bura bir dəfə gələnin təkrar qayıdacağı bölgələrimizdəndir. 

Bakıdan-Tovuza avtobusla təxminən 8 saat yol qət etmək lazımdır. Bölgə paytaxtdan uzaq yerləşsə də buranın gözəlliyi sizi heyrətləndirəcək, yol yorğunluğunuz tamamilə unudulacaq.

Tovuz zəngin təbiətə, flora və faunaya malikdir.  Rayon ərazisi dağlıqdır, alp və subalp çəmənlikləri biri-birini əvəzləyir, sıxlığı ilə insanı heyrətləndirən keçilməz meşəlikləri insanı valeh edir. Ərazisindən Kür, Axınca, Tovuz, Zəyəm çayları keçir. 

Tovuzun gözəlliklərindən biri də onun sərin bulaqlarıdır.  Rayon ərazisində hər addımbaşı bu bulaqlara rast gəlmək mümkündür. Hər bir bulağın öz adı, özünəməxsus dadı və ətri var. 

Rayon ərazisinin şimal hissəsində, Kür çayının sol sahilində heyvandarlıq (xüsusən də, qış heyvandarlığı) üçün olduqca əlverişli Ceyrançöl qışlağı yerləşir. Hazırda qışlaq yeri olan Ceyrançöl, adından göründüyü kimi, vaxtilə ceyran sürülərinin məskəni olub. Rayonun Ceyrançöl hissəsinə aid olan Qarayazı qoruğunda nadir bitki hesab olunan Eldar şamı mühafizə olunur.

“Tovuz rayonunun ərazisində ən azı 64 tarixi-mədəni, arxeoloji abidənin olması rəsmi olaraq təsdiqlənib. Onlardan 18-i ölkə (2-si memarlıq, 16-sı arxeoloji), 46-sı yerli (32-si memarlıq, 11-i arxeoloji, 1-i monumenrital xatirə abidəsi, 2-si dekorativ-tətbiqi sənət örnəyi) önəmli olmaqla dövlət tərəfindən mühafizə edilir.