Tovuzun tarixi

Bəzi mənbələrə görə, adı oğuz və toğuz adlı iki türk tayfasının birləşməsindən meydana gələn Tovuzun zəngin tarixi və görməli yerləri var. Şəhərə daxil olan kimi bu zənginliyi hiss edəcəksiniz.


Burada Tovuzun qədim adət-ənənələrini özündə əks etdirən abidələr qorunub saxlanılır. Şəhərin girişində  qədim Tovuz qalası yerləşir 

Bundan başqa, Zəyəmçay hövzəsində tapılmış 300 min il yaşı olan suxurlar, qədim Hunan şəhərinin qalıqları olduğu söylənilən Torpaqqala abidələri, 8-10 min il tarixə malik Köhnəqala və Göytəpə abidələri bu ərazilərin nə qədər qədim tarixə malik olduğunu göstərir. 

Tovuz rayonunun ərazisində Yanıqlı kəndində XVII əsrə aid körpü, məscid və məqbərə, X əsrdə Tovuz çayı üzərində ucaldılmış körpü, karvansaranın qalıqları qalmaqdadır.  XIX əsrdə Tovuz şəhərində tikilmiş yaşayış binaları, kəhriz (yeraltı suvarma kanalı) və su qülləsi, Əlibəyli kəndində VII əsrin Koroğlu qalası, Qazqulu kəndində səkkizüzlü məqbərə, XIX əsrdə tikilmiş qala qalıqları və XVII əsrdə inşa edilmiş Şah Abbas məscidini də ziyarət edə bilərsiniz. Ölkə önəmli memarlıq abidələrinə - Göytəpə Qədim Yaşayış Məskənini, Düzqırıqlı kəndində XIX yüzilə aid Hacı Bağır Məscidini, Yanıqlı kəndində qədim tarixi məscidini, Kirzan məbədini misal göstərmək olar”.