Qəbələnin tarixi

Ecazkar təbiətə malik 2000 il yaşlı Qəbələ 600 il boyu I əsrin qədim tarixçilərinin əsərlərində bəhs olunan qədim Qafqaz Albaniyasının paytaxtı olmuşdur. Böyük Plini Albaniyanın əsas şəhəri Kabalaka olduğunu yazmışdır.


Qədim Qəbələnin xarabalıqları müasir şəhərdən 15 km məsafədə Çuxur-Qəbələdə yerləşir. Qədim yaşayış məskəninin qazıntı işləri zamanı tapılan əşyaları şəhər muzeyində görmək mümkündür. 

Arxeoloji qazıntı materialları Qəbələdə şəhər həyatının I əsrdən başlayaraq XVIII əsrədək davam etdiyini sübut etmişdir. Qəbələ arxitekturasında binalar daşdan, çiy və bişmiş kərpicdən tikilir bayırdan və içəridən bəzən üstü mina ilə örtülmüş gildən hazırlanan relyefli həndəsi ornamentlərlə bəzədilirdi. İçməli su şəhərə Qəbələnin 5-6 kilometrliyində yerləşən bulaqlardan, kəhrizlərdən gil boru – tünglər vasitəsilə gətirilirdi. 

Rayonda yüzlərlə tarix və mədəniyyət abidələri vardır. Alban məbədi (IV-VII əsrlər), qədim müdafiə qalası (IX-XI əsrlər), Udin qalası (IX-XIV əsrlər), bir çox məqbərələr və digər tarixi yerlər qorunub saxlanılmışdır.

Bundan başqa rayonda yüzlərlə digər tarix və mədəniyyət abidəsi var. Onlara misal olaraq Əmili kəndində IV-VIII əsrlərə aid alban məbədini, Bum kəndində XIX əsrə aid məscidi, Bayramkova kəndində IX-XIV əsrlərə aid Ustacan qalasını, Şəfili kəndində XVII əsrə aid məqbərəni, Həmzəli kəndində XVI əsrə aid Şıxbaba pirini, Komrad dağının zirvəsindəki Komrad pirini, Nic kəndində Hacı Qərib məscidini, Müqəddəs Yelisey Kilsəsini və XIX əsrdə yaşamış Bolu bəyin yaşayış evini göstərmək olar.