Qubanın mədəni həyatı

Quba xalçaçılıq ənənələrinin də yarandığı və inkişaf etdiyi etnoqrafik cəhətdən çox zəngin olan bölgələrdəndir. Azərbaycanın şimal-şərgində yerləşən Quba xalça mərkəzinin dağlıq hissəsinə – Qonaqkənd, Xaşı, Cimi, Afurca, Yerfi, Buduq, Qırız, Cek, Salmasöyüd kəndlərində mərkəzləşmiş məntəqələri aid etmək olar.


Quba xalçalarının bəzəyini həndəsi naxışlardan ibarət nəbati, bəzən isə heyvan motivləri təşkil edir.  " Qədim-Minarə", "Qımıl", "Alpan", "Qollu-çiçi", "Pirəbədil", "Hacıqayıb", "Qırız", "Cek" və s. kimi parlaq kompozisiyalarla toxunan "Çiçi", "Sırt çiçi", "Qımıl", "Cimi", "Yrfi" xalçaları dünyanın bir sıra müzeylərinin və şəxsi kolleksiyalarında sərgilənir.

Qubada ən məşhur muzeylərdən biri 2001-ci ildə Azərbaycanın Xınalıq kəndində yaradılmış-Xınalıq tarix-etnoqrafiya muzeydir. 

Muzeydə sərgilənən Xınalığın qədim dövrlərinə aid arxeoloji və etnoqrafik materiallar, o cümlədən kilim və xalçalar, gil və mis qablar, müxtəlif ev və məişət əşyaları, daş kitabələr və daha bir çox əşyalar burada vaxtı ilə mövcud olmuş yüksək bir mədəniyyətdən xəbər verir. "Muzey içərisində muzey" təəsüratı yaradan 160 kvadratmetrlik iki zaldan ibarətdir.

Əlyazma kitabların olduğu hissə muzeydə diqqət çəkən ən önəmli bölmələrdəndir.   XV əsrdən XX əsrin əvvəllərinə aid edilən bu kitablar Sovet dövrünün qorxusundan damlarda, qəbirlərdə saxlanılmış və müstəqillik dövründə ortaya çıxarılmış qiymətli əlyazma əsərlərdir. Burada olan kitablar vaxtı ilə Xınalığın mühüm bir elmi mərkəz olduğundan xəbər verir. 

Fiqh, kəlam, təfsir, hədis kimi dini kitablar eləcə də tarix, dil, məntıq, riyaziyyat, tibb kimi elmə aid kitablar burada elmi mühitin olduğunu sübut edir. 

Kitabların mənşəyini kənd ağsaqqallarının ata və babalarından eşitdiklərinə görə Osmanlı dövründə bu yerlərə İstanbul, İzmir kimi şəhərlərdən çuvallarla gətirilmiş kitablardır.