Şəxsi tərcüməçi xidməti

Şəxsi tərcüməçi xidməti

Vaxtınızı qrup gəzintilərinə sərf etmək istəmirsinizsə, fərqli dillərdə işləyə bilən və Azərbaycanın gözəlliklərini mükəmməl tanıyan xüsusi tərcüməçi xidmətindən istifadə etməkdən çəkinməyin.


Bəzən səyahət etdiyin ölkənin milli kolortini duymaq üçün sadə tərcümələr kifayət etmir.  Bunun üçün yalnız dil maneələrini deyil, həm də mədəni maneələri aşmaq gərəklidir.  

Qiymətli vaxtınızı mütəşəkkil qrup gəzintilərinə sərf etmək istəmirsinizsə, fərqli dillərdə işləyə bilən və Azərbaycanın gözəlliklərini mükəmməl tanıyan xüsusi tərcüməçi xidmətindən istifadə etməkdən çəkinməyin.  Xidmət fərdi və eksklüzivdir.

Xidmətimiz həm fərdi səyahətçilərə, həm ailələrə, qruplara, ticarət nümayəndə heyətlərinə və iş adamlarına yönəldilmişdir. Personal tərcüməçilərimiz səyahət boyu həm işgüzar görüşlərdə, seminarlarda, iş ziyarətlərində tərcüməçi olaraq yanınızda olacaqdır.

Hava limanına çatdıqdan sonra eksklüziv qəbul xidmətini də təklif edirik. Otelə gediş zamanı tərcüməçilərimiz sizə şəhər haqqında məlumat və izahatlar verəcəkdir.  

Nə qədər vaxtınız olduğunu, nə görmək və ya ziyarət etmək istədiyinizi bizə bildirin və seçiminiz üçün marşrut variantlarını təklif edək. Tərüməçi ilə şəhərin ən görməli yerlərini ziyarət edə bilərsiniz.  

Şəxsi tərcüməçi bütün vaxtı və diqqətini tətilinizin maraqlı keçməsinə həsr edəcəkdir. Özünüzü rahat, təhlükəsiz və məmnun hiss etdiyiniz üçün mümkün olan hər şeyi edəcəyimizə zəmanət veririk.