Otel kateqoriyaları
İstirahətə hazırlaşan insanlar özlərinə uyğun otel və ya məkan axtararkən fərqli kateqoriyalarla qarşılaşır və açıqlamasını bilmirlər. Seçiminizin tətilinizin keyfiyyətinə təsir etdiyini unutmamalıyıq.
Biz Frisaga Company olaraq sizin üçün faydalı olacaq məlumatları toplayır, onları araşdırır və hazırlayıb diqqətinizə çatdırırıq. Sizin üçün hazırlanmış məlumatı oxumağınız seçimizi də rahat edəcək və əlavə vaxt itgisinin qarşısını alacaq.
Otel kateqoriyalarının xüsusiyyətləri ilə tanış olaq:
Çimərlik otellərinin xüsusiyyətləri
Çimərlik otelləri çox vaxt dənizlə arasındakı məsafəsi ilə fərqlənir.
Birinci sahil xətti, yəni birbaşa sahildə yerləşən otellər, ikinci sahil xətti, yəni ərazisi ilə çimərlik arasında yol olan otellər və digər otellər.
Şəhər oteli sahildən çox uzaq bir kurort qəsəbəsində yerləşən, çimərliyə piyada və ya nəqliyyatla çatacağınız bir otel.
Digər təsnifat variantları
Bəzi ölkələrdə fərqli otel təsnifatı mövcuddur. Məsələn, Türkiyədə ümumiyyətlə kotteclərdə yerləşmə təklif edən klub otel (Holiday Village) kateqoriyası mövcuddur. Yaxşı animasiya, geniş yaşıllıq sahəsi, otaqlar kiçik olması ilə seçilirlər.
HV1
HV1 kateqoriyası təxminən 4 * və ya 5 * kateqoriyalı otellərə uyğundur. Kotteclərdə (bungalovlarda) yerləşmə, geniş və abadlaşdırılmış ərazi, lakin kiçik otaqları ilə fərlənir.
HV2
HV2 kateqoriyası 2 * və ya 3 * otelə uyğundur vəHV1-ə bənzəyir. Ən çox Avropada rast gəlinir. İspan, portuqal tarixi binalarda yerləşən otellərdir. Adətən bu kateqoriya otellər köhnə tarixi məkan və ya otelə çevrilmiş orta əsr qalası ola bilər. Konsepsiyası səyyahın tarixə qərq olmasına və ənənəvi atmosferi hiss etməsinə imkan verməkdir. Bir anlıq özünüzü tarixin şahidi hiss edəcəksiz.
chambres d'hôtes
Digərlərindən maraqlı və çox spesifik fransız tipli yaşayış otağıdır. Bunlar mənzərəli yerlərdə yerləşən, ümumiyyətlə üzüm bağlarının sahiblərinə məxsus olan bağ evləridir. Bu böyük bir qəsr, ya da çox kiçik bir təsərrüfat ola bilər. Adətən bu kateqoriyalar evlərdə kirayəyə bir neçə otaq təqdim olunur. Ümumilikdə ailə abu havasına bənzəyir və əsas "cazibə" evin ətrafında təbiətin olması və axşam yeməyində süfrədə yerli şərabın təqdim olunmasıdır. Bu tip otaqların rahatlıq səviyyəsi çox fərqlidir və qiymətdən asılıdır. Sifariş edərkən məlumatı diqqətlə oxumağı unutmayın.
Qonaq evləri
Qonaq evləri avropalıların çox istifadə etdiyi otaq növüdür. Avstriyanın xizək pərəstişkarları tərəfindən "ulduzsuz" yaşayış yerləri yaxşı tanınır. Ən çox eyni ailə tərəfindən idarə olunan kiçik otellərdir.Bu məkanların sahibi aşbaz, sahibəsi administrator, qohumlar qulluqçu və ofisiantdır. Burada da hər şey yalnız sahiblərindən asılıdır. Guest house işarəsinin arxasında luks, hətta aşağı büdcəli otaqda ola bilər.
Apartmentlər
Apartmentlərin əsas xüsusiyyət öz mətbəxlərinin olmasıdır. Əslində adi bir mənzil kimi olması uşaqlı ailələr üçün çox əlverişlidir. Bu kimi otaqlarda hər hansı bir standart yoxdur. Əgər bu tip otaq sifariş vermək istəsəniz əvvəlcə qiymətlərə baxın, daha sonra rəyləri oxuyun. Adətən bu tip otaqlarda ailə rahatlığı üçün hər bir şərait olur.