Azərbaycanda Turizm
Azərbaycan coğrafi mövqeyinə görə turizmin yaranması və inkişaf mərhələsində dünyanın bir çox ölkələrini qabaqlayır. Ölkəmizin Asiyadan Avropaya keçid qapısı olması onu olduqca vacib bir mövqeyə gətirir.
Azərbaycanın qədim karvan yolları üzərində yerləşməsi, əlverişli coğrafi mövqeyi və iqlim şəraiti ərazidə ticarətin geniş səviyyədə təşəkkülünə imkan yaradıb.
İqtisadi əlaqələrin tənzimlənməsində mühüm əhəmiyyət kəsb edən karvan yolları üzərində tacirlərin rahatlığı üçün hamamlar, kəhrizlər, məscidlərlə yanaşı, karvansaralar da inşa olunub. Karvansaralarda karvanların dayanacaq yeri, mehmanxana tipli istirahət otaqları, minik və yük heyvanları üçün ayrıca yer və axurlar, ticarət mallarının saxlanması üçün anbarlar, müxtəlif dükanlar, yeməkxana və s. olub. Əsrlər boyu böyük şəhərlərdə, xüsusilə Böyük İpək yolu üzərindəki karvansaralar bugünkü mehmanxana funksiyasını daşıyıb.
O, dövrdə karvansaralar şəhər və yolüstü karvansaralara bölünürdü. Yolüstü karvansaralar daha çox istehkam, qalanı xatırladırdı. Qalın divarları olan həmin karvansaraların bir qapısı olurdu və gecələr bağlanırdı. Şəhər karvansaralarının isə əsasən iki qapısı olmaqla daha yaxın məsafələrdə yerləşirdi. Beləliklə, bu karvansaralarla ilk mehmanxana sektorunun bünövrəsini qoyulub.
Uzun illər davam edən bu ticarət sahəsində müxtəlif yerlərdən əcnəbi tacirlər özləri ilə gətirdikləri məhsulları həm satır, həm də ölkəmizdən özlərinə lazım olanları əşyaları alıb aparırdılar. İpək Yolu ticarəti sayəsində Bakı Şamaxı, Şirvan, Gəncə, Şəki şəhərləri daha da inkişaf etmiş və xarici tacirlərin rahatlığının təminatı üçün infrastruktur yaradılmışdır. Müasir dövrümüzdə həmin tarixi yerlər artıq qonaqların ixtiyarındadır. Qeyd etmək lazımdır ki, XX əsrin əvvəllərində mövcud olan qadağalarla bağlı ölkənin turizmi sadəcə yaxın qonşu dövlətlər üçün maraqlı idi və onlar ən çox müalicə məqsədi ilə Naftalana neft vannaları qəbul etməyə gəlirdilər. Lakin, bu say kifayət qədər deyildi.
Son illərdə ölkə ərazisində neft hasilatının və dünya birjasında neftin qiymətinin artması bərabər şəkildə gəlirlərin artmasına səbəb olur. Əldə olunan gəlirlər ölkədə daha mükəmməl binaların inşasına təkan olmuşdur.
Turizm Azərbaycanda yeni mərhələyə XX əsrin sonlarında qədəm qoyub. Bu gün ölkəmizi ziyarət edən turistlərin say artımı illik 22-23% dir.
Qazandığı uğurlar nəticəsində Azərbaycan bütün dünyanın diqqət mərkəzindədir. İstər qış istərsə də, yay aylarında dünyanın fərqli ölkələrindən turistlər qəbul edir. Ölkəmizə gəzməyə gələn qonaqlar əsasən Bakı və bögələrimizə üz tuturlar. Turistlərin böyük əksəriyyəti Qəbələ, İsmayıllı, Quba, Qusar, Şəki, Lənkəran bölgələrimizə üstünlük verir. Buna səbəb təbii ki, həmin bölgələrdə infrastrukturun daha əlverişli olması və şəraitin turistləri qane etməsidir. Bakıda istirahət edən qonaqların böyük əksəriyyəti 2-3 gecəlik gəzinti və ya iş məqsədi ilə gələn qonaqlardır və onlar qaldıqları müddət ərzində həm tarixi İçərişəhəri gəzir, həm də Qobustanı ziyarət edirlər.
Hal-hazırda digər bölgələrimiz və hətta Bakının daxilində belə turistləri cəlb etmək və rahat gəzintini təmin etmək üçün şərait daha da yaxşılarşdırılır. Ölkəmizdə keçirilən beynəlxalq tədbirlər (Eurovision, Jara Musiqi Festivalı, Nar Festivalı və idman yarışları Formula-1, Bakı Avropa Oyunları) xarici qonaqların ölkəmizə olan marağını daha da artırır. Qış turizmi olaraq Şahdağ və Tufandağ kompleksləri xarici qonaqlarımızın ən çox sevdiyi yerlərdir. Yay aylarında isə demək olar ki, ən ucqar dağ kəndlərimizə belə əcnəbi qonaqlar axin edir. Azərbaycanın ecazkar təbiəti, dağları, meşələri, şəlalələri, gölləri, çayları, Xəzər dənizi, tarixi abidələri ona dünyanın istənilən turizm ölkəsi ilə rəqabət edəcək imkanlar yaradır.
Azərbaycanın miravisi sayılan Qarabağ bölgəsində turizm potensialı təəssüf ki, 30 ilə yaxın baxımsız halda qalmışdır. Amma bununla belə Qarabağa il ərzində 87 ölkədən 28 min turist ziyarət etmişdir və əsasən Kəlbəcər, Şuşa, Zəngilan və Xankəndi şəhərlərini görməyə getmişlər.
Artıq 2020-ci ilin tədbilər planına əsasən Cənab Prezdent İlham Əliyevin göstərişi ilə Qarabağ ərazisində tam olaraq yenidənqurma işləri həyata keçiriləcək, bütün şəhər və rayonlar tam yeni görkəmi ilə bütün dünyadan turistləri qarşılamağa hazır olacaq. Turizm sektorunun inkişafi dövlətin inkişafina təkan olacaq, yeni iş yerləri açılacaq və müəyyən sahələrin daha da inkişaf etməsinə imkan yaradacaq.
Dünya üzrə bir sıra ölkələr, xüsusilə, Türkiyə, BƏƏ, Sinqapur yaratdıqları böyük turizm axını sahəsində böyük qazanclar əldə edirlər. Nəzərə almalıyıq ki, Azərbaycanın turizm potensialı bir çox ölkələrdən dəfələrə böyükdür və inanırıq ki, ən yaxın zamanda dünyanın ilk 10 turizm ölkəsi sırasına daxil olacacaq.