Turizm sərgisi

Turizm sərgisi

Turizmin nəbzinin döyündüyü Antalya şəhəri Expo Mərkəzində “Hellootel”, “Gm Center” və Azərbaycan təmsilçisi “Frisaga” firmalarının təşkilatçılığı ilə gözlənilən “Lastminute” sərgisi 26-27 aprel tarixlərində baş tutdu.


Covid19 Pandemiya dönəmində xidmət və turizm sektorunun böyük itki və zərbə gördüyü bu zamanda baş tutan sərgiyə maraq gözlənilən qədər böyük idi. Dünyanın aparıcı turizm firmaları və otelləri bu sərgidə öz yerlərini almışdılar.

Ölkəmiz də daxil olmaqla 15 fərqli ölkədən 1000-dən çox turizm şirkətləri qonaq qismində iştirak etdilər. Sərgidə satış operatorları, daxili və xarici satış  agentləri, otellər, tədbir təşkilatçıları, otel xidmətləri, məhsul və dəstək sayğacları, turizm texnologiyası şirkətləri öz məhsullarını təklif edirdilər.

1 ildən artıq müddət davam edən pandemiya dönəmində əlaqələrin qırıldığı bir zamanda bu sərginin keçirilməsi ölkələr arasında əlaqələrin bərpasına yeni bir təkan oldu. Artıq yeni dönəmdə turizm sektoruna yeni nəfəs gələcəyinə böyük ümidlər bəsləyirik.

Qonaq qismində tədbirə dəvət olunan firma nümayəndələrinin qarşılanması və otellərə yerləşdirilməsi xərcləri təşkilatçılar tərəfindən ödənildiyindən qonaqlar üçün tamamilə təmənnasız olaraq həyata keçirilmişdir.

“Hellootel” və “Frisaga” əməkdaşlığı nəticəsində artıq bir neçə ildir ki, Azərbaycanda turizm sektorunun inkişafı naminə yerli turizm əməkdaşları Türkiyədə təcrübə və məhsul barədə biliklərin artırılması üçün keçirilən tədbir və sərgilərə dəvət alır.

Bütün dünya turizm sahəsinin Covid19 pandemiyasından sarsıldığı bir zamanda qardaş ölkə Türkiyə ilə turizm əməkdaşlıq əlaqələrinin gücləndirilməsi və birgə iş birliyinin hər iki qardaş ölkənin iqtisadiyyatına böyük tövhə verəcəyinə inanırıq.


Post a Review Add Review

Zəhmət olmasa, sorğunuzu icra edənə qədər səbrli olun.