Turizm tarixi haqqında nə bilirik?

Turizm tarixi haqqında nə bilirik?

Turizm təhsil, sağlamlıq, gəzinti, ziyarət, idman, qış, eko, ov, araşdırma və s. məqsədli ola bilər.


Turizm - insanların bir yerdən digər yerə müəyyən məqsədlərlə getməsi və mütləq şəkildə geri qayıtması anlayışını daşıyır.

Bu, o, deməkdir ki, turizm təhsil, sağlamlıq, gəzinti, ziyarət, idman, qış, eko, ov, araşdırma və s. məqsədli ola bilər. Günümüzdə bu siyahını daha da uzada bilərik.

İlk bu tipli hərəkətlənmə XII əsrdə insanların sırf dini ziyarəti məqsədi ilə yaranmışdır. Zamanla daha da kütləvi hal daşıyaraq Şərq ilə Qərbi birləşdirmişdir. XIV əsrdən etibarən dini ziyarətlərlə bərabər təhsil məqsədi ilə də insanlar bir ölkədən digər ölkəyə getməyə başlamış, bu ən çox İngiltərə və italiya arasında baş vermişdir.

Müasir turizmin yaranışı və inkişafını Ceyms və Tomas Cook qardaşlarının adı ilə bağlaya bilərik. Ceyms Cook dünya gəzintiləri ilə yadda qalsa da, Tomas Cook insanların gəzintisini təşkil etməyə yönəlik işlər görmüşdür. Cook qardaşları ilk turizm firmasının yaradıcısı kimi tarixə keçmişdir.

Tomas Cook 5 İyul 1841-ci ildə ilk dəfə 570 nəfəri toplayaraq dəmir yolu ilə ilk turistik gəzintiyə çıxarmışdır. O, turistlərə paket halında gediş-dönüş bileti, yemək və giriş bileti daxil olan səyahət təşkil etmişdir. Bu, gəzinti Cook ailəsinə İngiltərədə böyük məhşurluq gətirmiş və o, öz işini daha da inkişaf etdirmiş və qlobal lahiyələr hazırlamağa başlamışdır. Turizmin inkişafı 1845-ci ildə daha da böyüyərək Londondan Liverpula qədər uzanmışdır. 

Dünyada ilk böyük dəniz gəzintisi də məhz Tomas Cook un adi ilə bağlidir. O, 1866 ci ildə 222 günlük gəmi ilə dünya turu təşkil etmişdir. Bu gəzintidə məhşur yazıçı Mark Tven də iştirak etmiş və o, bu haqda ozünün "The İnnocents Abroad" kitabında qeyd etmişdir.

Günümüzdə EXPO adı hər kəsə məlumdur. Məhz ilk EXPO da Cook qardaşlarının təşəbbüsü ilə 1851 ci ildə Londonda baş tutmuşdur və həmin sərgidə 165 min insan iştirak etmişdir. İkinci EXPO isə 1855 ci ildə Fransada baş tutmuşdur.

Məhz dünyada ilk turizm firması (Travel agency TOMAS COOK & SON) 1851-ci ildə rəsmi qeydiyyata alınmışdır. Səyahəti sevən insanların axtardığı "Hər Şey Daxil" sistemi də məhz 1855-ci illərə təsadüf edir. İnsanlar artıq birdəfəlik ödəniş etməklə rahat səyahətlərini davam edirdilər. 


Post a Review Add Review

Zəhmət olmasa, sorğunuzu icra edənə qədər səbrli olun.