Bakıda mətbəx
Qəbələ-mətbəxi
Qəbələ şabalıdın vətəni sayılır. Xüsusən də Bum kəndi öz yetişdirdiyi şabalıdla çox məşhurdur. Şabalıdı bol olan bir məkanda müxtəlif çeşiddə şabalıd yeməkləri hazırlanır.
Şabalıd qutabı və şabalıd halvasını misal olaraq göstərə bilərik. Şabalıd qutabı ənəvi qurabdan içliyini şabalıdlı olması ilə fərqlənir. Fərqli dada malik paxlavaları, qozla hazırlanan Həmzəli halvasını Qəbələdən başqa yerdə dadmaq mümkün deyil.
Qəbələdə dadmalı olduğunuz yeməklər bölgəyə məxsus daşaarası kababı göstərə bilərik. Qəbələ mətbəxinin şah kababı, qaya daşlarının arasında hazırlanan Daşarası kabab 2000 illik tarixə malikdir. Qaya daşları arasında xüsusi üsulla bişirlən kababın özünəməxsus dadı var. Kababın hazırlanmasında zamanın əsas hissəsi daşın qızdırlmasına gedir. Bu ət yeməyi 10-15 dəqiqəyə hazır olur. Çay süfrəsinidə isə Bal ilə çay və şabalıd halvası ilə təqdim olunur.
Qəbələ qonaqları qeyri-adi mürəbbələrin dadına baxmaq üçün avqust ayında Beynəlxalq Mürəbbə Festivalını ziyarət edə bilərlər. Burada çiyələk, ərik, gavalı, böyürtkən, heyva, albalı və digər meyvələrdən hazırlanan ənənəvi mürəbbələrdən əlavə ekzotik növlər - kartof, xiyar, badımcan, bibər, zəncəfil, nanə, zəncirotu, balqabaq toxumu, rozmarin, çuğundur və digər mürəbbələr də tapıla bilər.
Qəbələ mətbəxinin şah təamlarını Qəbələ şəhərində və otellərdə yerləşən restoranlarda dada bilərsiniz.