Qax mətbəxi

Qax rayonu özünəməxsus mətbəxi ilə seçilir. Bölgə mətbəxində ətin qurudulması (qaxac edilməsi ) və qurudulmuş ətdən yemək bişirilməsi dağ kəndləri üçün xarakterikdir.


Qax rayonun mətbəxi üçün qozu, fındığı, qaxac xarakterikdir.  Qaxda qaxac hazırlamaq ənənəsi qədim dövrlərdən gəlir. Dağ rayonu olduğu üçün heyvandarlıq inkişaf etmişdir.  Bu baxımdan soyuq və sərt qış ayları üçün insanlar özlərinə azuqə ehtiyatı tədarük ediblər. 

Qax mətbəxi quru ətdən bir çox yeməklər hazırlanır. Bunlar Qaxac və quru dolma Şorbalı xəngəl, Sürhüllü - quru ətlə, Qaxac və quru dolma, Şor gürzəsidir.

Qaxac ətdən bişirilən əsas yemək Sülhülü adlanır. Ümumiyyətlə Qax ərazisində xəmir xörəklərinin çeşidləri mövcuddur. Toyuqlu, lobyalı, qatıqlı, qiyməli, göyərtili xəngəl, çürümtəkli qırs, lobyalı, qozlu, tərəcəli  aş və s. Qax əhalisinin ən sevimli yeməklərindəndir. Rayonun ərazisi  qoz-fındıq ilə zəngin olduğundan qoz və fındıqdan şirniyyatların hazırlanmasında  bol-bol istifadə olunur.