Bakıda mətbəx
Zaqatala mətbəxi
Zaqatala mətbəxi də özünəməxsusluğu ilə fərqlənir. Rayonda adətən xəmirlə bişirilən yeməklərə üstünlük verilir. Quru ət (qaxac), Sürhüllü,maxara, gürzü rayon mətbəxinin əsas yeməkləridir.
Sürhüllü- Zaqatalada qış fəslinin daimi yeməyidir. Yay aylarında ət bolluca duzlanıb təndirə asılır və ət tam qurudulur. Ət təmiz suyunu təmiz çəkəndək qurudulur. Çünki, yaxşı qurumamış ət bir müddətdən sonra kiflənə bilər. Dağ kəndlərində odun sobasının istisində də qurudulur.
Maxara-unu süddə qarışdırmaqla sacın üstündə bişirilən xəmir xörəyidir. Əsl maxaranı sacda bişirirlər. El adətinə görə maxaranı daha çox yağış yağanda örtülü damın altında bişirirlər. Sac isidilir, yağlanır, xəmirdən 1 stəkan götürülür və sacın üstünə tökülür, hər iki üzü qızardılır. Süfrəyə verilərkən üzərinə bal çəkilir.
Yarpaq xingəli -mantının bişirilmə qaydası bir az fərqlidir. Digərlərindən fərqli olaraq mantı suda yox, buxarda bişir. Mantını adi qazanda hazırlamaq mümkün deyil. Mantı ayrıca, buxar qazanında bişirilir .Adi xəngəl xəmiri yoğrulur iri kvadrat fomasında kəsilir və içərisinə ətli qiymə qoyulub şəkildəki formada bükülür. Sonra qazana düzülür və buxarda bişirilir.
Kətə-Bakıda qutab deyilən yeməyə Zaqatalada kətə deyilir. Balqabaq kətəsi, şor kətəsi, gicitkən kətəsi,ət kətəsi növləri mövcuddur.