Bakının mədəni həyatı
Qəbələnin mədəni həyatı
Qəbələnin mədəni həyatı çox zəngindir. Şəhər hər il yay aylarında məşhur musiqiçilərin iştirakı ilə Beynəlxalq Musiqi Festivalı və Beynəxalq Mürəbbə festivalına ev sahibliyi edir.
2009-cu ildən başlayaraq ənənəvi olaraq hər il yay aylarında Qəbələdə Qəbələ Beynəlxalq Musiqi Festivalı keçirilir. Festival Heydər Əliyev fondunun köməyi ilə təşkil olunur. Tədbir Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli və dirijor Dmitri Yablonskinin təşəbbüsü ilə təşkil olunur. Musiqiçilər açıq səma altında çıxış edirlər. Festivalda Avropa, ABŞ və İsrail musiqiçiləri də iştirak edirlər. Festival çərçivəsində klassik musiqi konsertləri ilə bərabər Caz və Muğam gecələri də təşkil olunur.
Rayonun zəngin mədəniyyətə malik olduğunu tapılmış əşyalar və yaşayış məskənləri sübut edir. Belə ki, Nic kəndinin yaxınlığında Yalovlu dağda eramızdan əvvəl III-I əsrlərdə insan məskənləri olmuşdur. Bu ərazidə dəmir bıçaqlar, xəncərlər, qılınclar, tuncdan hazırlanmış üzüklər, qızıl sırğalar, dəyirman daşları və başqa əşyalar aşkar edilmişdir. Azərbaycanın şimal ərazisində dağlıq və Aran rayonlarda həmin dövrə aid arxeoloci mədəniyyət elmdə Yaloylu mədəniyyəti adlanır.
Qədim Nic Qəbələ şəhərinin yaxınlığında yerləşir. Nij Qafqaz albanlarının nəslindən sayılan Azərbaycan-Udin etnik qrupları arasında xüsusi bir etnik qrupun vətənidir.
Hal-hazırda onların sayı 10000 nəfərdən çox deyil, lakin adət-ənənələrini, dilini və mənəvi mədəniyyətlərini qoruyub saxlamağı bacarıblar. Udin məbədi Azərbaycanda xristianlığın ən qədim abidələrindən biridir. Məbəd 17-18-ci əsrlərdə 4-cü əsrdəki qədim alban kilsəsinin yerində yenidən qurulmuşdur.
Qəbələ Tarix-Diyarşünaslıq Muzeyi , Bum kəndindəki xalq sənəti və tarixi-mədəniyyət abidələri yerləşir. Eləcə də şəhərdə İsmayıl bəy Qurtqaşınlının Ev Muzeyi görülməli yerlərdəndir.