Bakının mədəni həyatı
Zaqatalanın mədəni həyatı
Zaqatalanın mədəni həyatı müxtəlifliyi ilə seçilir. Belə ki, burada azərbaycanlılarla bərabər 20-dən çox xalqın nümayəndələri – avar, ləzgi, tsaxur, rus, tatar, ingiloy xalqların nümayındəri yaşayır.
Beynəlmiləl rayon ərazisində yüzlərlər mədəni və tarixi abidələr o cümlədən mədəniyyət evi, klub‚ kitabxana, muzey, Tarix Mədəniyyət Qoruğu (XIX əsr) və s. mövcuddur.
Zaqatalanın memarlığı ağır monumentallığa meyllidir. Relyefə və coğrafi şəraitə uyğun olaraq inşaatda iri kobud daşlar, çaydaşları və kərpiclərdən istifadə olunmuşdur. Təbii materialların orqanik şəkildə əlaqələndirilməsi ilə yaranan tikilələr ətraf dağların peyzajı ilə uyğunluq təşkil edir.
Makov kəndi əhalisinin əsas məşğuliyyəti taxılçılıq, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır. Balıq həvəskarları 1978-ci ildən fəaliyyət göstərən Makov kəndi "Forel birliyi"nə baş çəkə bilərlər. Buna "balıqçılıq istirahət mərkəzi" də deyirlər və ərazidə forel balıqları yetişdirilir.