Qaxın mədəni həyatı

Qax əsrlər boyu müxtəlif sənətkarlıq növləri və xalçaçılıq mərkəzi olmuşdur. Xalçaçılıq sahələrdə çalışmış sənətkarların şöhrəti Azərbaycanın hüdudlarından kənarda da  yayılmışdır.


İlisunun qədim qabayunlu qoyunları xalçaçılıq üçün çox gözəl xammal olmuşdur. Təbii otlardan alınmış boyaqlarla rənglənən yun xalı-xalça, gəbə, cecim, palaz, kilim, xayma kimi növlər İlisu evlərinin bəzəyi sayılmışdır. İlisuda toxunan xalçalar toxunuş texnologiyasına görə fərqlənir, belə ki, onlar uzun və ensiz olur.

İlisu xalçalarının naxışları qədim türk motivləri əsasında qurulur və  təkarğac üsulu ilə toxunmaqla 7 rəngdən ibarət olur. Hal-hazırda da İlisuda fərdi evlərdə xalça toxuyan dəzgahlar görmək mümkündür. Digər sənət sahələrində də bu bölgə şöhrət qazanmışlar. Sənətkarlar Balakən, Tala məscidləri kimi onlarca böyük memarlq abidələri yaratmışlar. Qaxda hər il ənənəvi bal və milli yeməklər festivalları keçirilir.

Tarix Muzeyi və Qafqaz Pravoslav Kilsəsi Kompleksi

Qax Tarix Muzeyinin ekspozisiyası ziyarətçiləri qədim dövrlərdən 20-ci əsrə qədər bölgənin müxtəlif təbiəti və tarixi keçmişi ilə tanış edir. Muzeydə maraqlı arxeoloji, etnoqrafik, kulturoloji və digər kolleksiyalar mövcuddur. Burada bürünc və keramika əşyaları, alətlər, silahlar, milli geyim nümunələri və s. Kilsənin qəbiristanlığı mövcuddur.