Bakıda idman
Qusarda idman
Qusar gəzinti, qış idman növləri, alpinizm və xizək idmanı üçün geniş imkanlar təqdim edir.
Ərazinində yerləşən yüksək dağ kəndi Laza Baş Qafqaz sıra dağlarından keçən Böyük Qafqazın cənub-qərbinə və şimal-qərbinə gedən karvan yolu üzərində (Kurve pereval) dəniz səviyyəsindən 1300m yüksəklikdə olan dağ çökəkliyində yerləşir. Kənd dağlarla əhatəli gözəl mənzərəyə malikdir. Qayalıqlardan çoxlu şəlalələr axır. Şəlalərə yalnız atla və piyada getmək mümkündür. Qışda dondurulmuş şəlalələrdə dırmaşma yarışları keçirilir.
Gəzinti və alpinizm. Xüsusilə Quba-Şahdağ-Qusar və Lahıc bölgələrində bəzi kəndlərarası gəzintilər, həmçinin Zaqatalada qısa dağlıq yürüşləri etmək mümkündür. Alpinistlər üçün ən maraqlı imkanlar Şahdağ Milli Parkının payına düşür. Oradakı ən yüksək zirvələrə çıxış məhdud olsa da, gələcək illər fürsətlərlə dolu ola bilər.
Atla gəzinti. Şahdağın gözəl dağ mənzərələrini izləmək üçün atla gəznti hər yaşda olan turistləri cəlbedici edəcəkdir. Narahat olmayın, heç bir ilkin hazırlıq tələb olunmur, peşəkar təlimçilərimiz gəzinti zamanı sizə kömək edəcəkdir
Şahdağ dağ kurortu
Şahdağ turizm kompleksi, Azərbaycanın ilk xizək kurortudur. Şahdağ Milli Parkının şimal-şərqində, Azərbaycanın Qusar bölgəsindəki Şahdağ dağının adını daşıyır. Şahdağ həm yeni başlayanlar, həm də həqiqi mütəxəssislər üçün pistlərə malikdir - müxtəlif səviyyəli 14 xizək yamacı, 17 kilometrə qədər uzanır. Hər bir iz süni qar generatorları köməyi ilə hazırlanır, bu da xizək mövsümünün müddətini uzadır və pistlərin keyfiyyətini artırır. Kompleksə Avropa standartlarına uyğun inşa edilmiş dörd yüksək səviyyəli otel daxildir .
Yaz aylarında velosiped gəzintiləri və mütəşəkkil gəzintilər də daxil olmaqla açıq fəaliyyət növləri mövcuddur.