Lerikdə idman

Lerik dünyadan ən qədim yaşayış məskənlərindən biridir. Belə ki, qədim dövrlərdə insanlar dağların ətəklərində mövcud olan təbii mağaralardan yaşayış məskəni kimi istifadə ediblər. Mağaralara gəzinti maraqlı fəaliyyətdir.


Gəzinti

Bu mağaralardan bəzilərinin hətta tunc dövründən erkənə aid edilir.  Lerik dağlarda eramızdan əvvəl III-II minilliklərə aid maddi-mədəniyyət abidələri günümüzədək qalmaqdadır. Rayon ərazisində xeyli sayda mağara mövcuddur.

Zuvand çayının sol sahilində eyniadlı Zuvand mağara yerləşir. Onun üstündəki Buzeyir mağarası cənub zonasında tapılmış ən qədim insan yaşayış məskənlərindən biridir. Bu mağaraların ən böyüyü 1 km, ən kiçiyinin uzunluğu isə 5-6 metrdir. Qazıntılar zamanı mağaranın içərisindən daş dövrünə aid ov və məişət alətləri tapılmışdır. Mağaraların giriş qapısı çox kiçikdir lakin, içərisinin hündürlüyü 2-2,5 metrə çatır.

Gəzinti zamanı Buzeyir mağarasına gedən yolda, «Dağlar qapısı» deyilən yerdə dayana bilərsiniz. Yerlilərin sözlərinə görə, bura ona görə belə adlanır ki, hardasa külək, yağış olanda dağlar bu tərəfə keçməyə qoymur. Dəlikdağın 1640 metr yüksəkliyində yerləşən 7 mağaradan biri "Cin" adlanır. Mağaranın içərisi böyük olsa da  ora girmək üçün əyilib keçmək lazımdır. 

Mağaranın içərisi çox genişdir, hündürlüyü 2 metrə yaxındır. Mağaranın girişi olsa da, çıxışı yoxdur. Bu səbəbdən içəridə oksigen azlığı müşahidə olunur. Mağarada kibrit yandırsanız dərhal sönər. Keçmişdə insanlar mağarada ocağı söndürən cinin olduğuna inanıb. Bu səbəbdən mağara belə adlanıb.

Mağaranın yerləşdiyi dağı maraqlı quruluşa malikdir. Belə ki, dağın bir tərəfindən digərinə keçmək üçün onun içindən keçən təbii yoldan istifadə olunur. Buna görə də həmin dağ Dəlikdağ adlanır.