Oteldə saat neçədə qeydiyyatdan keçməliyəm?
Səfərə hazırlaşan hər bir turist planlaşdırma zamanı ən azı bir dəfə özünə sual verir ki, təsdiqləmə məktubunda göstərildiyi vaxtdan əvvəl oteldə qeydiyyatdan keçə bilərəmmi? İstədiyim zaman otel nömrəsinə yerləşdirilə bilərəmmi?
Otaq açarlarını nə qədər tez əldə edə bilər, uçuş həyəcanından, yol gərginliyindən qurtula və nəhayət otaqda rahatlayıb, paltarı dəyişib gəzintiyə çıxa bilərəm? Otellər erkən giriş üçün əlavə ödəniş tələb edirmi? Otellər onlayn qeydiyyatdan keçməkimkanı yaradırmı? Ab-hava, ümumi mühit nə qədər ürək oxşayandır və oteldə qüsursuz təcrübə yaşayacağıma zəmanət verirmi? Erkən qeydiyyat üçün əlavə ödəniş varmı və əgər varsa, nə qədərdir?
Ölkələrin iqtisadi sistemi səyahət tənzimləmələrini turistlərə daha çevik etmək üçün bənzərsiz rəqiblər inkişaf etdirdi. Qonaqlarınız üçün elastik vaxt seçimi təqdim etmək üçün onlara qarşı daha müvafiq şərtlər yarada və mövcud qaydaları daha cəlbedici edə bilərsiniz.
Hər otelin fərqli giriş - qeydiyyat qaydaları və prosedurları olduqda turist hansı çətinliklərlə üzləşir? Gəliş vaxtları ölkə səviyyəsində təyin olunmalı və dövlət qurumları tərəfindən tənzimlənməlidirmi? Fərqli gəliş vaxtlarının müəyyən olunması yaxşıdır ya pis? Bu prosedur sayəsində mövcud turizm bazarındakı otellər bir-biri ilə rəqabət edə biləcəkmi? Qonaqların təbii dinamikası və yerdəyişməsi müşahidə olunacaqmı? Qonaq səfərini planlaşdırmaq üçün gəliş vaxtı nə qədər uyğun və faydalıdır?
Hər sektorda keyfiyyətli müştəri xidmətinə tələb olduqca artır, lakin hər zaman qonaqpərvərlik sənayesində bu daha yüksək gözləntiyə malikdir. Turistlər səyahətlərini izləmək və səfər planına uyğun olaraq ondan zövq almaq istəyirlər. Qonaqların günortadan sonra giriş və oteli tərk etməsi gözlənilən ümumi norma ilə təzad təşkil edir. Bəzi otellər, məsələn, qonaqların günorta saat 14:00-dan səhər 10:00-dək oteldə qeydiyyat aparıb giriş etmələrini tələb edə bilər. Bununla yanaşı, bəziləri qonaqların təcrübəsini yaxşılaşdırmaq və ya qonaqlarını Yemək və Çarpayı (BB)təklif edən yerləşmə müəssisəsində daha çox xidmətlərdən faydalanmaq imkanı yardaraq RevPAR-ın böyüməsini dəstəkləmək və ya sayt vasitəsilə birbaşa otaq bronlaşdıran kütlənin payını artırmaq üçün 24 saatlıq check-in qaydasını tətbiq edəbilər. Bu qayda müvafiq hesab olunduğu məqamda ciddi qəbul olunmalıdır.
Otelə standart giriş vaxtı 14:00, çıxış vaxtı isə 12:00 kimi müəyyən olunur. Lakin bu prosedur bəzi otellərdə dəyişə bilər: check-in üçün saat 15:00-dan 16:00-dək və check-out üçün 10:00-dan 11:00-dək. Bu, müəssisənin təsnifatından, yerləşməsindən, xüsusiyyətlərindən və mövcud nömrə fondu sayından asılı olaraq dəyişə bilər. Bəzi kurort otelləri otağı səliqəyə salmaq, yaxşı görünməsini təmin etmək və gələn qonaqlar üçün yeni görüntü yaratmaq üçün saat 15:00 – 16:00a qədər vaxt təyin edə bilər. Eyni zamanda, gəlişinizi planlaşdırmaq və otaqları əvvəlcədən təyin etmək üçün gəliş vaxtınızı otelə bildirmək çox vacibdir.
Qonaqlara otelə giriş və çıxış vaxtları barədə məlumat verilir və əsasən anlayış ilə qəbul olunur. Bununla yanaşı, otel və qonaq arasında erkən giriş və ya gec çıxış üçün fərqli şərtlər də yer ala bilir.
Gəlişinizi təsdiqlədiyiniz vaxtdan etibarən istənilən vaxt, hətta gecə yarısından sonra heç bir problem olmadan otelə giriş edə bilərsiniz. Bəzən ön büro əməkdaşı qeydiyyat müddətini artırmağınız barədə qərar vermək səlahiyyətinə malik olmur. Bəzən otellər erkən qeydiyyat üçün müraciətlərini qarşılamır, sorğunuzu təmin etməkdən imtina edir və qonağın təyin olunmuş giriş vaxtına qədər gözləməyi tələb edir.
Erkən gəliş uçuş təfərrüatları və ya səyahət planının detalları səbəbindən qaçılmazdırsa, otel tərəfindən pulsuz olaraq təmin edilə bilər və ya otağın gündəlik qiymətinə və ya tarifə bağlı olaraq müəyyən bir məbləğ və ya faizlə təmin edilə bilər. Əlbətdə ki, bu, mobil tətbiqetmələr, veb sayt, sadiqlik platformaları vasitəsi ilə daha rahat və əlçatan olması üçün bildirilə və fərdiləşdirilə bilər.
Bəzən erkən giriş etsəniz, sifariş edilən otaq tipindən daha aşağı bir kateqoriya olsa da, mövcud istənilən otağı istəməklə turistlərin faydalandığı hiylədən istifadə edə bilərsiniz. Normal check-in vaxtından əvvəl pulsuz bir otaq əldə edə bilmək üçün şansınızı sınayın, sonra sifariş etdiyiniz otaq tipinə yerləşdirmək üçün sorğunu yeniləyin.
Bu prosedur yalnız kiçik yerli və ya adi qeyri-zəncir otellərdə bir trend halını almır. Bu, Accor, IHG, Wyndham, Hilton, Marriott və digər otel şirkətləri kimi tanınmış markalara da aid edilir. Bu ödənişlər tətbiq olunaraq, yerləşmə obyektində əlavə gəlir əldə etməyin başqa bir üsulu kimi qəbul olunur.
Qonaqlar, ümumiyyətlə müasir texnologiyaların təqdim etdiyi vasitələrdən bəhrələnir və seçimlərdən mütləq istifadə edirlər. Qeydiyyata gəldikdə, turistlər onu dəstəkləyə biləcək addım və taktikaları istifadə etməklə səfər xərclərinə qənaət edə bilərlər. İnternetdə mövcud olan paylaşımlar, xidmətlər haqqında məlumatlar qonağa hər hansı bir otelə aid uyğun xəbər və yenilikləri təqdim edir.
Qonaq təcrübəsinə, yüksək keyfiyyətli xidmətə, qonaqların sadiqliyinə və inamını qazanmağa daha çox yönəlmiş otellər bu prosedura fərqli bir nöqteyi-nəzərdən yanaşır - qonaq otelə nə qədər erkən gəlsə, oteldə bir o qədər uzun müddət qalır və bu fürsətdən əlavə bir şans kimi istifadə etməklə qonaqlara mənalı bir hədiyyə, unudulmaz bir təcrübə və ağılla ruhun harmoniyasını təmin etmiş olursunuz.