Pandemiya zamanı ehtiyacınız olan bir lider ola bilirsinizmi və ya ola bildinizmi ?
İşimi xoşlayıram yoxsa işimi sevirəm. Fərq nədir ki? "Xoşlamanın" "sevgiyə" çevrilməsi prosesində nə və kim iştirak edir?
İş yerlərinin bağlanması, kütləvi kilidləmə səbəbi ilə başqalarının iş yerindən sərbəst buraxılması, işdən azadolma, ixtisara düşmək kimi hadisələrin ilk əlamətləri və çətinliklə qarşılaşdığınız zaman nə hiss etdiniz? Günahkar axtarırdınız? Günahlandırılan kim idi? Niyə axı mən? Liderimin tərəfindən qorunmağı arzulayırdım. Kaş ki, liderim etibarlı və ya fərqli davransaydı, etibarımı itirməyib geridə deyil, iş yerində qala bilərdim. Xəyal qırıqlığı, depressiya, narahatlıq və gözlərdəki bulanıq təsəvvür sonra daha nələrin olduğunu görməkdə çətinlik çəkir. Bəs empatiya hara yoxa çıxdı? Mən buna layiq idimmi? Hələ nə qədər davam edəcək?
“Pula deyil ədalətə aşiq liderlərə ehtiyacımız var. Məşhurluğa deyil, insanlığa aşiq ”Martin Luter King Jr.
Yuxarıdakı suallara baxaraq mənim virtual müsahibimin yerinə özünüzü təsəvvür etdinizmi və ya əgər lider olsaydiniz hansı ağıllı addım və ədalətli qərarla çıxış edərdiniz? Kütlənin ardınca getməklə öz fəaliyyət və addımlarınızı digər şöbə rəhbərlərinin qəbul etdikləri qərarlara uyğunlaşdırardınızmı? Qərarınızı verərkən daha çox işçi yoxsa biznes yönümlü olacaq və qərarlarınızı müəyyən edəcəksiniz? Qərarınız nə qədər ədalətli olardı və bu düşüncə tərzi ilə işi nə qədər idarə edə bilərdiniz?
Lider tez-tez dəyişikliyə rəhbərlik edə və başqalarının həyatını dəyişdirə bilən bacarıq və səriştələrə sahib bir mentordur. Empati göstərərək, həm insanlara, həm də işə diqqət ayıraraq, başqaları üçün nümunə olmaq üçün əlindən gələni etməyə çalışaraq, bəzən qaçılmaz şərtlərə görə uğursuzluqla üzləşirlər.
“Böyük liderlər lider olmağı deyil, dəyişiklik etmək hədəfi üçün yola çıxırlar. Məqsəd heç vaxt rol deyil, həmişə hədəfdir”Liza Haişa
21-ci əsrdə liderlik keçmiş dövrə nisbətən çox fərqlidir və nəsil dəyişməsi ilə davamlı strateji və bəşəri oyuna çevrilib. Liderlik fəaliyyət sahəsi və nümunəvi olmaq xüsusiyyəti olub, vəzifə və ya mövqe deyil. Əsl rəhbərlik böhran anlarında yüksəliş və enmə ilə təcrübə qazandırır. Bəzi liderlər böhrandan özünü sübut etmək və zəif cəhətlərini eləcə də bacarıqlarını gücləndirmək üçün, iş və ya insan idarəçiliyinin çətin mərhələsini aşmaq üçün bir fürsət kimi qəbul edirlər.
Uğurlu lider özünə etibar göstərir və nümunə ola bilir. İnam və əminlik, sizin şirkətinizdə inkişaf etdirə biləcəyiniz bir qabiliyyətdir. Çətin vəziyyətlərdə və ya sərt təqvim tarixləri müəyyən olunduqda, komanda buna uyğun olaraq fəaliyyət göstərəcək.
Bir çox maneələr və amillər onların nəzarətindən kənarda olsa da, ən ağıllı insanlar böhrana birbaşa cavabdehlik daşıyır. Komandanın nəzərnöqtəsini müəyyən edir, fəaliyyət göstəricilərinin yeni izləmə meyarlarını inkişaf etdirir və tamlıq fəlsəfəsini yaradırlar. Komandadakı hər kəs qarşıya qoyulmuş məsələlər, məqamlar barədə xəbərdar edilməli və müntəzəm hədəf yol xəritəsinə uyğun sinxronlaşdırılmalıdır.
Ən çətin böhran bitənə qədər döyüş simasını itirməmək çox vacibdir. Çünki həssaslıq bir yolu müəyyən etdikdə, tezliklə şüuru iflic vəziyyətinə gətirir. Və bu liderləri sərt qərarlar qəbul etməkdən çəkindirə bilər.
Bütün dünyanı cənginə alan böhrandan heç kəs yaxasını qurtara bilməz. Hər bir çətinlik kimi, bu da keçəcək, lakin böhran qapını döydüyü zaman laqeydlik göstərmək və əhəmiyyətsiz davranmaq yolverilməzdir. Lider, bu problemin gələcək həllini tapmaq üçün məsuliyyəti öz üzərinə götürməli və həm özü, həm də ətrafındakılar üçün məsuliyyəti qəbul etməlidir.
"Liderin həqiqi sınağı, davamçılarının öz işlərinə görə öz iradələri iləəməl edib-etməyəcəyini, ən çıxılmaz çətinliklərə məcbur edilmədən dözdüyünü vəən böyük təhlükə anlarında möhkəm qaldığını ifadə edir” Ksenofon