Bərdə SƏYAHƏT YERİ

Azərbaycanın mərkəzi rayonlarından olan Bərdə rayonu 1930-cu ildə təşkil olunmuşdur. Kür-Araz ovalığının şimal-qərb hissəsində yerləşir.


14 Dec / 05:26 AM CARİ VAXT

  • Azərbaycan
  • Bərdə
  • 153 nəfər
  • 957.00 km2
  • Azerbaijani
  • Manat
Azərbaycan | Bərdə | View on map

Rayonu respublikanın digər rayonları ilə avtomobil, respublikanın paytaxtı, Yevlax şəhəri, Ağdaş, Ucar və Kürdəmir rayonları ilə dəmir yolu birləşdirir. Rayonun səthi az meyilli və dalğalı düzənlikdir, antropogen sisteminin çöküntüləri ilə örtülüdür. Gil, çınqıl və qum yataqları var, Muğanlı kəndi yaxınlığında müalicəvi əhəmiyyətə malik təbii bulaq var.

İqlimi mülayim isti, quru subtropikdir. Rayon mərkəzindən 3 km məsafədə, Bərdə-Tərtər yolunun sağ tərəfində bir-birinin yaxınlığında iki göl var. Ağalı deyilən üçüncü göl isə Bərdədən 23 km aralıdadır. Bərdə-Tərtər yolunda Bərdədən 3 km aralıda qaynar kükürdlü su bulağı – İstisu yerləşir. İqlimi mülayim isti, quru subtropikdir.

Rayon ərazisindən Tərtər və Xaçın çayları, şimal-şərq sərhəddi boyu isə Kür çayı axır. Təbii bitki örtüyü, əsasən, quru çöl və yarımsəhra tiplidir. Kür çayı sahilində seyrək Tuqay meşələri (ümumi sahəsi 7,3 min ha) var. Rayon ərazisində Bərdə yasaqlığı var.

Ərazisində bir sıra tarixi abidələr günümüzədək mühafizə olunmuşdur:  VIII-IX əsrlərdə aid İbrahim məscidi, Bəhrəm Mirzə türbəsi, Axsadan baba türbəsi, Bərdə türbəsi, 1322-ci ildə Əcəmi memarlıq məktəbinin yetişdirməsi Naxçıvani Əhməd İbn Əyyub Hafiz tərəfindən tikilmiş Nüşabə qalası,  Torpaq qala , Cümə məscidi, Tər-tər çayı üzərində 2 ədəd körpü bu abidələrdəndir.