Mingəçevir SƏYAHƏT YERİ

Azərbaycanın "Paris"i adlandırılan Mingəçevir şəhəri Kür çayının hər iki mənzərəli sahilində yerləşdir.


02 Dec / 09:06 PM CARİ VAXT

  • Azərbaycan
  • Mingəçevir
  • 106048 nəfər
  • 140.00 km2
  • Azerbaijani
  • Manat
Azərbaycan | Mingəçevir | View on map

Şəhər Respublikanın yaxın bölgələrini su ilə təmin edən əhali tərəfindən "Mingəçevir dənizi" adını verilən ən böyük su anbarı ilə məşhurdur. Su anbarının sahilinə yaxın yerləşən turizm bazası qumlu çimərliyin möhtəşəm mənzərəsini təqdim edir.

“Dəniz” sahilində sahilboyu ərazilərdə, xüsusən dayaz yerlərdə su firuzəyi çalar alır, tədricən çalarlar tündləşdir və su anbarının mərkəzində lacivərd rəng alır, buna görə də buxtanın ümumi mənzərəsi Fransız Rivyerasını, hətta tropik çimərlikləri xatırladır. Buxta canlı aləm baxımından da zəngindir.

Şəhəri iki hissəyə ayıran Kür sahilinində Mingəçevir Bulvarı yerləşir ki, bu da xeyli hissəsini əhatə edir. Şəhər, başlanğıcını Kür körpüsündən götürür və Avarçəkmə bazasınadək uzanır. Ərazidə həmçinin avarçəkmə mərkəzi fəaliyyət göstərir.

4500 ildən artıq tarixi olan şəhəri turistləri təkcə "dəniz" deyil,  Mingəçevir bölgəsində  II minilliyə aid bir sıra abidələr kompleksinə görə də seçirlər. Şəhər yerləşən diyarşünaslıq muzeyi ekspozisiyası bölgənin zəngin tarixini əks etdirir.

Salnamələrdə Mingəçevir sənətkarlıq emalatxanaları, ticarət obyektləri, hamam və s. mərkəzi kimi qeyd edilir. Şəhər əhalisi XVIII əsrdən tamamilə Kürün sol sahilində məskunlaşmışdır. Bu gün Mingəçevir böyük bir sənaye mərkəzidir, Azərbaycanın sənaye şəhəri olan Bakı, Sumqayıt və Gəncədən sonra dördüncü yerdədir.

Qafqazın ən böyük su elektrik stansiyası da Mingəçevirdə yerləşir. Mingəçevir SES (Mingəçevir Su Elektrik Stansiyası)- Cənubi Qafqazın ən böyük su elektrik stansiyası olub, Kür çayının üzərində, şəhərin yaxınlığında yerləşir.

Azərbaycanın böyük sənaye şəhəri olan Mingəçevirdə dünyanın ən böyük su bəndlərindən biri yaradılıb. Bəndin hündürlüyü 81 metr, uzunluğu 1.550 metr, həcmi isə 15,6 milyon kub metrdir. Bənd vasitəsi ilə Azərbaycanda ən böyük süni göl (su anbarı) yaradılıb, onun sahəsi 605 kvadrat kilometrdir.

Şəhərdə olarkən çay buxtasının unudulmaz mənzərəsindən zövq almaq olar. Gəzinti katerləri və qayıqlarla Kür çayı boyunca Bulvardan HES-dək tələsmədən gəzə bilərsiniz.  Qeyd edək ki, bütün sərnişinlərə təhlükəsizlik məqsədilə xilasetmə jiletləri verilir. Hazırda parkda Kür üzərində asma kanat yolun salınması davam edir. Uzunluğu 212 metr olan bu kanat yolda iki liftin köməy ilə gün ərzində 1000-dək adamın daşınması planlaşdırılır.

Hazırda şəhrdə dünya standartlarına cavab verən beş otel və istirahət mərkəzi fəaliyyət göstərir ki, bu da eyni anda yüzlərlə turisti qəbul etmək imkanı deməkdir.