Bakının mədəni həyatı
Mingəçevirin mədəni həyatı
Mingəçevirə gələn yerli və xarici turistlər həm də şəhər ərazisindəki qədim tarixi abidələr, maddi-mədəniyyət nümunələri ilə maraqlanırlar.
Şəhərə turistləri cəlb edən və şəhər haqqında təəssurat yaradan məkanlardan biri də Mingəçevir Tarix Muzeyidir. Yeni binada fəaliyyət göstərən muzeydə Mingəçevirin yerləşdiyi ərazinin qədim tarixini özündə əks etdirən 15 minə yaxın eksponat təqdim olunur. Kür çayının hər iki sahilindəki müasir parklar, istirahət və əyləncə üçün çox əlverişlidir.
Ərazidə diqqət çəkən abidələrdən biri Mingəçevir kilsə kompleksidir. IV-VII əsrə aid alban kilsə kompleksi 1946-cı ildə Mingəçevir SES–in tikintisi zamanı aşkarlanmışdır. Kilsə qədim zərdüştlük məbədinin bünövrəsi üstündə inşa edilmişdir.
Sadə və qədim memarlıq üslubuna malik olan məbədlərin inşa materialı, kostruksiyası və kompozisiya həllinə əsaslanaraq tarixçilər onların inşa tarixinin VI əsr aid olduğu qeyd edilmişdir. Digər qədim yaşayış məskəni Sudaqılan qədim yaşayış yeridir. Burada Alban (Qafqaz) xristian məbədlərinin xarabalıqları qalmaqdadır.
Hazırda Mingəçevirdə 27 mədəniyyət müəssisəsi, o cümlədən 16 kitabxana, 3 muzey, rəsm qalereyası və 9 abidə yerləşir.