Naxçıvan SƏYAHƏT YERİ

Zəngin təbii ehtiyatlara malik Naxçıvan Muxtar Respublikası özünün təbii-müalicəvi obyektləri ilə məşhurdur.


14 Dec / 04:35 AM CARİ VAXT

  • Azərbaycan
  • Naxçıvan
  • 95 nəfər
  • 192.00 km2
  • Azerbaijani
  • Manat
Azərbaycan | Naxçıvan | View on map

Naxçıvan şəhərindən 14 km məsafədə yaradılmış Məşhur "Duzdağ" sanatoriyası SSSR-inin ən unikal yerlərindən biri sayılırdı. Sanatoriya uzun illər duz hasilatı məkanı olan Duzlu dağın dərinliyində yerləşir.

Bu gün isə "Duzdağ" tək astmanın yox, həm də allergik xəstəliklərin ən yaxşı müalicə mərkəzi sayılır. Sanatoriyanın yaxınlığında 5-ulduzlu otel fəaliyyət göstərir. Bu gün "Duzdağ" müalicə sahəsində çoxillik statistikaya malik və yüksək səviyyədə tibbi xidmət göstərən turistik obyektdir.