Zaqatala SƏYAHƏT YERİ

Ölkənin “fındıq paytaxtı” kimi məşhur Zaqatala ekoloji turizmin əsas mərkəzlərindəndir. Bakı şəhərindən 430 km məsafədə, Böyük Qafqaz sıra dağlarının cənub ətəklərində, yerləşir.


20 Apr / 05:58 AM CARİ VAXT

  • Azərbaycan
  • Zaqatala
  • 18277 nəfər
  • 1348.00 km2
  • Azerbaijani
  • Manat
Azərbaycan | Zaqatala | View on map

 Zaqatala ərazisinin təqribən yarısını meşələr tutur. Rütubətli subtropik iqlimə malikdir regionda hava dağlarda soyuq, düzənliklərdə isə isti olur.   Mövcud iqlim şəraiti bu şəhəri dağ-iqlim kurortuna çevirməyə imkan verir.  

Baş Qafqaz dağlarının cənub yamaclarında Zaqatala Dövlət qoruğu yerləşir. Qoruğa turist cığırları boyunca piyada və at belində səyahətə çıxarsınızsa orada yaşayan heyvanların və quşları müşahidə edə, foto və video çəkilişlər apara bilərsiniz. Bu marşrutlarda turistlərin dincəlməsi və gecələməsi üçün münasib yerlər mövcuddur. 

Zaqatala  həmçinin beynəlmiləl rayondur. Burada azərbaycanlılarla yanaşı 20-dən çox xalqın nümayəndələri – avarlar, ləzgilər, ruslar, tatarlar, ingiloylar və başqa azsaylı xalqlar yaşayır.

Rayonun ərazisində çoxsaylı tarix və mədəniyyət abidələri qalmaqdadır.