Tovuz mətbəxi

Azərbaycanın digər bölgələri kimi, Tovuz rayonunun da özünün spesifik yemək növləri var. Yemək növlərinə əsasən, xəmir yeməkləri, dənli bitkilər və göyərti (pencər), kartof mənşəli yeməklər daxildir.


Qurutlu xəngəl

Tovuz süzmə xəngəlin, qurutlu xəngəlin vətəni sayılır, ona görə də Tovuza gedərkən oranın məşhur qurutlu xəngəlinin dadına baxmaq mütləqdir. Tovuz xəngəli bəzən süfrəyə kartofla da verirlər. 

Fəsəli, qatlama, körəməz, əriştə (əriştəli yeməklər), müxtəlif növ pencərlərdən hazırlanan yeməklər – ispanaq, unnuca, qazayağı, şomu, cincilim və s. tovuz mətbəxinə daxil olan yeməklərdir.