Bakının tarixi
Lənkəranın qısa tarixi
Lənkəran Azərbaycanın cox qədim yaşayış məskənlərindən biridir. Bölgə ərazisində aparılmış arxeoloji qazıntılar burada yaşayış məskənlərinin hələ tünc dövründən, yəni eramızdan əvvəl III-II minilliklərdə insanların yaşadığını təsdiq etmişdir.
Lənkəran və onun ətraf ərazilərinin qədimliyinə təsdiq edən sənədlərdən ən məşhuru yunan tarixçisi Heredotun məlumatıdır. Ərazisində XVIII əsrdə Talış xanlığı yaradılmışdır.
Qara xanın hakimiyyəti dövründə xanlığın paytaxtı Astaradan Lənkərana köçürülmüşdür. Bununla şəhər genişlənməyə başlamış, xanlığın iqtisadi, siyasi və mədəni həyatı inkişaf etdi, dəmirçilik, misgərlik, zərgərlik məmulatlarının istehsalı genişlənmişdir.
Füsunkar təbiəti, əlverişli iqtisadi-coğrafi mövqeyi, geniş əlaqələri, Qərblə Şərqi birləşdirən əsas karvan yollarının üstündə və Xəzər dənizi sahillərində yerləşməsi onun inkişafını xeyli sürətləndirmişdir.
Ərazisində onlarla tarixi abidələr günümüzədək qalmaqdadır. Bunlara Bala-Şürük məscidi, Seyid Xəlifə türbəsi, Kiçik Bazar məscidi, Böyük Bazar məscidi, Mir Əhməd xanın yaşayış evi, Lənkəran mayakı, Dairəvi Qala (Zindan 1810), İsa bəyin yaşayış evi (1794), Şeyx Zahid türbəsi (1838), Ləm. Boladi kəndi (1798), Bəlləbur qalasının qalıqları (1807) aiddir.