Mingəçevirdə idman

Mingəçevirə gələn yeni qonaqlara ilk öncə şəhərin ecazkar mənzərəsini təqdim edən ənənəvi balaca gəmi və yaxtalarla gəzinti tövsiyə olunur.


Avarçəkmə

Mingəçevir ölkə üzrə avarçəkmə mərkəzidir. Şəhərin digər rəmzlərindən biri avarçəkmə üzrə “Kür” Olimpiya Tədris-İdman Mərkəzidir. Kompleksdə bütün post-sovet məkanından peşəkar avarçəkənlərin yığma komandalarının təlim-məşqləri  keçirilməkdədir. Burada ilboyu professional avarçəkmə, baydarka və kanoe üzrə məşq etmək mümkündür.  Habelə beynəlxalq kompleks turnirlərin keçirilməsi üçün ən münasib şərait təqdim edir.

Kür çayının SES-dən Vərvərə su anbarının yuxarı hissəsinədək olan kəsimi (təxminən 10 kilometr) Avropada ən böyük təbii avarçəkmə kanalı sayılır. Bu səbəbədən Mingəçevir 2015-ci ildə Azərbaycanda keçirilən tarixdə Birinci Avropa Oyunlarının proqramları çərçivəsində avarçəkmə idmanı üzrə yarışların məkanı seçilib. 

 

Balıq ovu

Kür çayının sahillərindən yerləşən şəhər balıq ovu həvəskarları üçün imkanlar təqdim edir.  Günün istənilən vaxtı körpü üstündə tilovla dayanan, yaxud sahildə spinninqli balıq ovlayan balıqçıları və həvəskarları görmək mümkündür. Burada balıq ovu ilə demək olar ki, hamı məşğul olur. Otellərdə də sizə bu xidməti təklif edə bilərlər. Bu xidmət növü motorlu qayıq və balıqçılıq təchizatı ilə bir çox turizm obyektlərində mümkündür. Balıq tilovunu bazardan almaq mümkün olsa da, Mingəçevirə səyahət edərkən özünüzlə balıqçılıq ləvazimatlarınızı götürməyi unutmayın!

Mingəçevirdə təklif edilən turizm xidmətində  quş ovu aktiv müracət olunanlardandır. Kür çayı sahilləri boyunca uzanan şəhər ümumiyyətlə gözəl havası ilə tətil üçün mükəmməl bir yerdir.