Qaxda idman

Tarixi-coğrafi özəlliklərə malik Qax regionunun yüksət turizm potensialı var. İlisuda dağ turizmi və alpinizm həvəskarları üçün hər cür təbii şərait mövcuddur.


Turizm üçün hər cür şərait yaradılmışdır. İlisuda İlisu Dövlət Təbiət Qoruğu mövcuddur.  İlisu Dövlət Qoruğu 1987-ci ildə Azərbaycanın Qax rayonunda 93 km2 (36 kv m) ərazidə yaradılmışdır. Məqsəd Böyük Qafqazın cənub yamaclarının təbii komplekslərini qorumaq, nadir və nəsli kəsilməkdə olan flora və faunanı qorumaq, meşələri bərpa etmək və torpaq və selin eroziyasının qarşısını almaqdır. Ehtiyatda 500 bitki növü, təxminən 60 növ endemik növ vardır. Göy maral, çöl donuzu və çobanyastığı kimi heyvanlara rast gəlmək olar.  Qoruğa turist cığırları boyunca piyada və at belində səyahətə çıxarsınızsa orada yaşayan heyvanların və quşları müşahidə edə, foto və video çəkilişlər apara bilərsiniz. Bu marşrutlarda turistlərin dincəlməsi və gecələməsi üçün münasib yerlər mövcuddur.  Kəndin ətrafında qaynayan termal mineral kükürdlü su bulaqları müalicəvi əhəmiyyəti ilə seçilir.

Böyük Qafqaz dağ silsiləsinin cənub yamaclarında, meşə qurşağının alp çəmənliyinə keçdində yerləşən İlisu kəndi çox zəngin faunaya malikdir. Ərazisində maral, çüyür, dağ keçisi, ayı, qaban və s. olması tarixən insanlarda ovçuluğa böyük maraq yaratmışdır. Lakin, sərt və keçilməz dağlara malik olan bu ərazidə ovçuluqla məşğul olmaq kifayət qədər təhlükəlidir. Qoruq ərazisində ovçuluğa icazə verilmir. Əraziyə yalnız peşəkar ovçuların nəzarətində çıxmaq mümkündür.

Müasir dövrdən fərqli olarak keçmişdə İlisuda ovçuluq nizamsız və nəzarətsiz olmuş və bu səbəbdənn bir müddət ov heyvanlarının sayında kəskin azalma qeydə alınmışdır. Bəzi heyvanların isə demək olar ki, nəsili kəsilmişdir. Buna qaplanı misal göstərə bilərik. Əbəs yerə ehtimal olunmur ki, İlisunun cənub-şərqində yerləşən Qaflan dağ və qaflan dərə məhz qaplanların çox olduğu bölgə olmuşdur.