Şamaxıda idman

Təbii gözəlliyi ilə məşhur olan Şamaxıda gəzinti, qış turizmi üçün çoxlu imkanlar var.


Rayonun ərazisində  Pirqulu dövlət təbiət qoruğu yerləşir. Böyük Qafqazın Cənubi –şərq hissəsində– meşəlik sahəsində yaradılmışdır. Qoruğun ərazisində 60-dan çox ağac növü bitir. Gözəl mənzərəsi ilə fərqlənir. Rayonun şimal hissəsi əsasən dağlıq relyefə malikdir.  Rayonun ən məşhur turizm kəndlərindən biri Pirquludur.

Hazırda burada dünyanın ən böyük rəsədxanalarından biri N.Tusi adına astrofizika rəsədxanası Pirqulu kəndi ərazisindədir. Dağ kəndi Pirqulu həm də günəşli Azərbaycanda aktiv qış tətilini keçirə biləcəyiniz yerdirdir.

Xizək gəzintisi

Şamaxının ən məşhur görməli yerlərindən biri 1400 metr yüksəklikdə yerləşən mənzərəli Pirqulu qışda bu yerlər xizək gəzintisi həvəskarlarını, yayda isə təbiətin qoynunda istirahəti xoşlayanları cəlb edir. Burada özünəməxsus florası, vələs, palıd, fıstıq meşələri və qaraçöhrə meşəliyi ilə keçmiş zamanlardan məşhur olan Pirqulu qoruğu yerləşir. Qoruqda həmçinin qonur ayı vəzolaqlı goreşənə rast gəlmək olar. 

Qeyd edək ki, 2008-ci ildə Pirqulu qoruğu Şahdağ Milli Parkının tərkibinə daxil edilib. Şamaxı, Quba, Qusar, İsmayıllı, Qəbələ, Oğuz və Şabran rayonlarını əhatə edən bu park hazırda ölkənin ən böyük Milli Parkıdır.