Şamaxı mətbəxi

Müxtəlif dövrlərdə müxtəlif dövlətlərin və xanlığın paytaxtı Şamaxı tarixi qədər qədim mətbəxi ilə fərqlənir.


Ümumiyyətlə Azərbaycan mətbəxi Şərqdə ən maraqlı və bənzərsiz mətbəxlərdən biri olmaqla nəfis taamlara və müxtəlif yemək çeşidlərinə malikdir. Təkcə Şamaxı mətbəxində plovun 46, dolmanın 14, kababın 16, qutabın 12 daxildir.

Şamaxı mətbəxinin zənginliyini nümayiş etdirmək üçün 1662-ci ildə məşhur ingilis səyyahı və taciri Antoni Cenkinsonun Şirvan hökmdarı Abdulla Xan Ustaclıya qonaq olmasını xatırlamaq kifayətdir. Belə ki, nahara dəvət edilmiş səyyahın qarşısına, xan 290 adda milli isti və soyuq yemək, salat, qəlyanaltı və çərəz düzülmüşdü.

Bu gün Şamaxıda ən geniş yayılan milli xörəklər şüyüdplov, parçabozbaş, lavaşana, yarpaq dolması, səbzi və müxtəlif növ kabablardır. Desert üçün isə keşniş toxumları qatılmış limon şərbəti və boşqabda sucuq təqdim olunur.  Sucuq hazırlanmasında buğda nişastası şəkər, qoz və meşə fındığı istifadə olunur. Şirniyyatlardan isə şamaxı mütəkkəsini dadmaq məsləhətdir.