İsmayıllı mətbəxi

İsmayıllı daha çox pendiri və balı ilə məşhurdur. Regionun mətbəxi xalqımızın minilliklərdən süzülüb gələn ənənəsini, damaq zövqünü, özünəməxsusluğunu əks etdirir. İsmayıllı mətbəxin şah yeməyi şah plovdur. 


İsmayıllı öz qonaqlarına cürbəcür rahat kafelər, nəfis restoranlar təklif edir.  Qəsəbə ərazisində siz çoxsaylı istirahət mərkəzləri, kafe, çox rahat restoran tapacaqsız. İsmayıılı restoranları geniş çeşiddə yeməklər təklif edir. Mətbəxi ləzzətli milli və türk mətbəxlərinin yeməkləri ilə doldurur. Kabab, dolma, plov, dovga isə ən məşhurdur. 

Bölgə müalicə və kurort əhəmiyyətli mineral sularla zəngindir. İsmayıllı rayonunun Namazgah kəndində çıxan qiymətli korbonat tipinə  aid edilən“Namazgah” suyu olduqca şəffaf, iysiz və rəngsizdir. İsmayıllı rayonundakı “Bədo” suyu xlorlu hidrokorbinat-natrium tipinə aid edilməklə çox müalicəvidir.