Lənkəranın mədəni həyatı

Lənkəran xalq sənətkarlığı ənənələrinin yarandığı və inkişaf etdiyi bölgələrdən biridir. Həsir işləmə sənəti qədim sənətkarlıqdır, Azərbaycanın cənub bölgələrində daha çox yayılmışdır.


Lənkəran Tarix Muzeyi

Bu muzeyi özündə cəmləşdirən köşk 1913-cü ildə Talış xanın nəvəsi Mir Mustafa üçün inşa edilmişdir. Bu möhtəşəm abidə Almaniyadan gətirilmiş memarlar tərəfindən inşa edilmişdir. Bu  3 mərtəbəli bina Lənkəranın ilk çoxmərtəbəli binası hesab olunur. Burada həqiqətən qədim olan bəzi qəbir tapıntıları və daş alətlər sərgilənir. Bölgənin ən zəngin muzeyi hesab olunur.

Həsir sənəti

Həsir dünyanın müxtəlif ölkələrində, fərqli xalqları arasında xalq sənəti növlərindən biri kimi günümüzdə də istifadə olunur.

Həsir adətən qurudulmuş qamış çubuğundan xüsusi şaquli və ya üfiqi dəzgahda toxunur. Həsir üzərində naxış vurmaq məqsədilə toxucular adətən müəyyən bir ritmik ardıcıllıqla keçirirlər. Həsir istehsalının mərkəzi Lənkəran, Masallıdır. Həsirdən yeri döşəməl üçün bu gün də istifadə olunur.

Rayonda tarixən bundan başqa dulusçuluq, həsir toxuma, papaqçılıq və xalçaçılıq inkişaf etmişdir. Lənkəranın folklor ənənələri zəngindir. “Nənələr” folklor mahnı və rəqs məşhurdur.

Ləm. Boladi kəndi

Lənkəran rayonun boladi kəndinə yerləşir, XIX əsrdə istidən qorunmaq üçün inşa edilmişdir. 4 tərəfi açıq olan sütunlar üzərində iki mərtəbəli evdir.Ləmlər ümumun XVIII-XIX əsrdə geniş yayılmşdı. Belə ki istilər düşən kimi insanlar daimi evlərini tərk edərək, ləmlərə köçərmişlər.

Ləm-in aşağı hissəsi qırmışı kərpicdən, yuxarısı ilə ağacdan düzəldirlir və əl işləri ilə bəzədilir.