Mingəçevirin tarixi

Kür çayının sağ sahilində, Bozdağın yaxınlığında yerləşən Mingəçevir yaşayış məskəni haqqında XVII əsr türk səyyahı Övliya Çələbi Səyahətnamə” əsərində məlumat verir.


Səyyah bu ərazidə bir neçə məscidin, sənətkarlıq və toxuculuq karxanalarının, ipəkçilik sexlərinin olduğunu öz əsərində qeyd edir. Övliya Çələbinin yazdıqlarına görə,  Kür sahillərinin ən dar və daşqın baxımından təhlükəsiz hissələrini körpü birləşdirir, onun üzərindən keçən rahat yol “Elçilər yolu” adlanır. Körpünün adı yolun əhəmiyyətindən irəli gəlirdi, çünki körpü həm Azərbaycanın şərq və qərb hissələrini birləşdirir, həm də qonşu ölkələrlə ticari əlaqələrə üçün böyük imkan yaradılıb. Əhali Kür çayının sağ sahilinə XIV - XVII əsrdə monqollar işğalından sonra köçürülmüşdür.

Böyük ticarət yolu üstündə yerləşən, Kür çayı ilə keçidə malik olan Mingəçevir şəhəri XVIII-XIX əsrlərdə dəfələrlə dağıntıya məruz qalmış və yenidən inşa olunmuşdur. Mingəçevir su elektrik stansiyası tikilərkən Kür sahillərində qədim yaşayış məskəni Mingəçevir hələ də mövcud idi. Müasir şəhərin təməli də su elektrik stansiyası ilə qoyulub, stansiya bu yerlərə layiq olduğu şöhrətini qaytarıb.

Kür çayı Mingəçeviri iki hissəyə bölür: sağ sahildə su elektrik stansiya (SES) və energetiklər qəsəbəsi yerləşir, şəhər infrastrukturunun böyük hissəsi isə sol sahildə cəmləşib. Çayın hər iki sahilində xeyli turizm obyekti var. Bu da təəccüblü deyil, çünki, şəhər həyatı bu əzəmətli çayın sahillərində  cəmlənib.  Tikintisinə 1945-ci ilin iyulunda qərara verilmiş Mingəçevir SES 9 il ərzində tikilib və 1954-cü ildə istifadəyə verilib.

Mingəçevir Arxeoloji Kompleksi

Mingəçevir arxeoloji kompleksinin böyük bir hissəsi Kür çayının sol sahilində yerləşir. Burada şəhər tipli ikimərtəbəli yaşayış məntəqələrinin qalıqları, saxsı sobalar (I-VIII əsrlər), xam kərpicdən tikilmiş evlər, metal, daş və sümük məmulatları, məişət əşyaları, saxsı qablar, Sasanilər və erkən orta əsrlərə aid ərəb sikkələri tapılmışdır.

Həmçinin burada bir qrup ibadət yerinin memarlıq qalıqları tapılmışdır. Qazıntıların mərkəzində qədim bir dini binanın qalıqları da aşkar edilmişdir.