Lerik SƏYAHƏT YERİ

Lerik Azərbaycanın cənubunda Talış dağlarının zirvəsində yerləşir. Lerik həm də sakinlərinin uzunömürlülüyü ilə tanınır və bölgənin yüzilliklərinə həsr olunmuş bir muzeydir.


02 Dec / 08:50 PM CARİ VAXT

  • Azərbaycan
  • Lerik
  • 85616 nəfər
  • 1084.00 km2
  • Azerbaijani
  • Manat
Azərbaycan | Lerik | View on map

Unikallığı ilə seçilən Talış meşələrinin relikt flora və faunasını saxlamaq üçün həmin meşələr milli park və ya təbiət parkına çevrilməlidir. Oradakı mineral bulaqların və digər içməli suların çoxluğu bu məqsəd üçün gözəl mənbədir..."

Leriki qarış-qarış gəzən akademik, əməkdar elm xadimi Həsən Əliyev buranın təbii gözəlliklərini belə təsvir edib: "...Yaz vaxtı Talış meşələri ətriyyat mağazalarını xatırladır. ...Talış dağlarının füsunkar guşələrindəki mineral bulaqları xalqımızın sağlamlıq ocaqlarına çevirmək lazımdır

Lerik dağlar arasında həqiqətən istirahət üçün ideal yerdir. Bir daha oraya geri dönməyinizə imkan verən təbii gözəllik məskənidir. Subtropik iqlim qurşağında yerləşən Lerik özünün "Bülüdül", "Zərinqala", "Zuvand", "Xansu", "Xanbulaq" kimi yüksək keyfiyyətli müalicəvi suları ilə də yaxşı tanınır.

Yer kürəsində mövcud olan 11 iqlim tipindən 8-nin Lerikdə ərazisində müşahidə olunur. İqlimi mülayim-isti rütubətlidir. Ərazisinin əsas hissəsi üçün mülayim-isti rütubətli hava şəraiti səciyyəvidir. 

Öz fünkar, ecazkar təbiəti ilə seçilən turizm sahəsi son illər inkişaf etməkdədir.