Bakının mədəni həyatı
Gəncənin mədəni həyatı
Gəncə Azərbaycan mədəniyyətinin inkişafında mühüm rol oynamışdır. Bir çox dünya şöhrətli alim və şair burada doğulub yaşamışdır.
Şəhərin məşhur simaları orta əsrlər şərqinin ən böyük şairlərindən Nizami Gəncəvi (XII),orta əsrlərdə yaşayıb yaratmış şairə Məhsəti Gəncəvi (XII), Qacarlar nəslindən olan böyük Azərbaycan sərkərdəsi, dövlət xadimi, Gəncə xanlığının sonuncu hökmdarı Cavad xan, bəstəkar Fikrət Əmirov (XX), geoloq Mirəli Qaşqay (XX) başqalarını göstərmək olar.
Gəncə şəhərində bir sıra mədəni abidələr, muzeylər mövcuddur. Gəncə qalasının hər iki tərəfində, birinci mərtəbələrdə və yeraltı keçiddə Azərbaycan şairi Nizami Gəncəvinin sələflərinin və davamçılarının qalereyası yaradılmışdır. Burada Gəncənin 26 görkəmli xadiminə abidə ucaldılmışdır. Muzeyin sağ tərəfində, ikinci mərtəbədə Gəncənin hərbi tarixi muzeyi yerləşir. Qalanın üçüncü mərtəbəsində Gəncə xalqının həyatı və mədəniyyəti haqqında məlumat verən bir etnoqrafik muzey yaradılıb. Gəncədəki muzeylər arasında Azərbaycan Xalq Cümhuriyyəti Muzeyi, Gəncə Tarix-Diyarşünaslıq Muzeyi, Nizami Gəncəvinin Ev Muzeyi, İsrafil Məmmədovun Ev Muzeyi, Mir Cəlal Paşayevin Ev Muzeyi və gösətmək olar.
Gəncənin ən məşhur və ən böyük parkı 1700-cü ildə salınmış Xan Bağıdır. Ümumi sahəsi 6 hektar olan bağda 100-dən çox ağac növü var. Xan Bağı Gəncə hökmdarı Ziyad xanın adı ilə əlaqələndirilir.
3 mart 1979-cu ildə Yeni Gəncə yaşayış massivinin Quru Qobu ərazisində Heydər Əliyev Parkı tikildib. Parkın ümumi sahəsi 400 hektardan çoxdur. Burada 350 mindən çox ağac və dekorativ bitki əkilmişdir.